Milli Məclis sədrinin müavini Ukraynaya səfər edəcək
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün avqustun 24-də ölkənin paytaxtı Kiyev şəhərinə səfər edəcək.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirlərdə müxtəlif ölkələrin və bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edəcəklər. Səfər avqustun 25-də başa çatacaq.