Çingiz Abdullayevin "su verdiyi" nənə və nəvə İTV-yə gəldi - VİDEO
İctimai TV-də yayımlanan 3D proqramında xalq yazıçısı Çingiz Abdullayevin təyyarə əhvalatı ilə bağlı ironik səhnəcik hazırlanıb.
Verilişdə qonaq olan nənə və nəvəsi onlara hava limanında su verən şəxsə butulkanı qaytarmaq üçün gəldiyi təsvir olunub:
“Biz aereportda idik. Nəvəm su istəyirdi. Ora-bura baxdıq, bir yerdə su tapmadıq. Sonra da bir nəfər yaşlı kişi bizə su gətirib verdi. Nəvəm mənə göstərir ki, ay nənə, internetdə bu kişi haqqında pis-pis şeylər yazılır.
Biz su üçün nəvəmlə mağazaya getdik. Baxdıq ki, bu su çox bahalı sudur. Zəhmət olmasa, bu butulkanı su verən kişiyə qaytararsınız”.
Qeyd edək ki, Xalq yazıçısı paylaşımında İstanbul hava limanında nəvəsi yaşında uşağın ağlayaraq nənəsindən su istədiyini bildirib. Ç.Abdullayev nənənin çarəsizcə ətrafa baxdığı zaman onlara bir şüşə su verdiyini deyib. Xalq yazıçısı həmçinin həyatında heç vaxt özünü bu qədər rahat hiss etmədiyini yazıb.
Sosial şəbəkələrdə yazılan tənqidlərdən sonra Ç.Abdullayev paylaşımını sildiyini deyib.
<embed width="640" height="360" src="https://player.olke.az?v=3255&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>