Vergi dəyişiklikləri ilə büdcəyə əlavə 65 milyon manat gələcək - AÇIQLAMA

Sosial 03-noy, 12:289 xeberler2022 528 0
Vergi dəyişiklikləri ilə büdcəyə əlavə 65 milyon manat gələcək - AÇIQLAMA



“Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Prezident İlham Əliyevin bu sahədə olan tapşırıqlarının icrası ilə bağlıdır. Bunlardan birincisi kölgə iqtisadiyyatı ilə mübarizədir”.

"Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

Xidmət rəisi bildirib ki, vergi bazasının genişləndirilməsi ilə bağlı təkliflər var idi: “Eynilə sosial xarakterli güzəştlər və vergi güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur. Əlavə olaraq bir blokda sahibkarlığın inzibatçılıq yükünün azaldılması ilə bağlı dəyişikliklər təklif olunur. Təklif olunan dəyişikliklər nəticəsində büdcə gəlirlərində təxmini 65 milyon manat artım gözlənilir. Hətta dəqiq 65 milyon manatdan çox artım olmasını proqnozlaşdırırıq”.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr