MDB Oyunları: Azərbaycanın 7 növ üzrə idmançıları mübarizə aparacaq
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün Azərbaycan idmançıları 7 idman növü üzrə mübarizə aparacaq.
Report xəbər verir ki, stolüstü tennis, güllə atıcılığı, sambo, badminton və futzal növlərində ölkə təmsilçiləri ilk dəfə səhnəyə çıxacaqlar.
Stolüstü tennisçilər qrup mərhələsində 3 görüş keçirəcəklər.
Güllə atıcısı Xanna Əliyeva qızlar arasında 10 m məsafəyə pnevmatik tapançadan atəş açma yarışına qatılacaq. O, təsnifat mərhələsindən keçəcəyi təqdirdə, bu gün finalda da iştirak edəcək.
Eyni zamanda Azərbaycanın 7 samboçusu mübarizə aparacaq.
Badminton növündə komandalar qrup mərhələsinin görüşlərini keçirəcəklər.
Azərbaycanın futzal yığması isə Belarusla qrup mərhələsinin oyununda üz-üzə gələcək.
Stend atıcısı Cavid Həsənov dairəvi stenddə çıxışlarını davam etdirəcək. O, təsnifat mərhələsinin yekununda finala vəsiqə qazansa, elə bu gün həlledici qarşılaşmada iştirak edəcək.
Tayboksda isə Əli Əliyev (60 kq), Məhər Əsədzadə (63,5 kq) və Rəvan Ağazadənin (67 kq) iştirakı ilə yarımfinal görüşləri olacaq.
I MDB Oyunları
7 sentyabr
Stend atıcılığı
Keçirilmə yeri: "Sviyaqa" Stend Atıcılığı Kompleksi
Cavid Həsənov
10:00 - 12:00. Təsnifat mərhələsi
15:30 - 16:00. Final
Stolüstü tennis
Keçirilmə yeri: "Boks və stolüstü tennis Mərkəzi" İdman Kompleksi
Qrup mərhələsi – I Tur
11:00 - 14:00. Komanda yarışları
Qrup mərhələsi – II Tur
14:00 - 17:00. Komanda yarışları
Qrup mərhələsi – III Tur
17:00 - 20:00. Komanda yarışları
Güllə atıcılığı
Keçirilmə yeri: "Dinamo" İdman Mərkəzi
10 m məsafəyə pnevmatik tapançadan atəş – qızlar
Xanna Əliyeva
11:00 - 12:15. Təsnifat mərhələsi
13:15 - 14:00. Final
Sambo
Keçirilmə yeri: "Ak Bars" Döyüş Növləri Sarayı
11:00 - 15:00. Təsnifat mərhələsi
Adil Adilzadə
Rəsul Aydəmirov
Elvin Bağırov
Kamran Qasımov
Nihat Məmmədli
Ağani Məmmədov
Toğrul Salmanov
15:00 - 17:00. Final
Badminton
Keçirilmə yeri: "Badminton Mərkəzi" Universal İdman Mərkəzi
Komanda yarışları
11:30 - 15:30. Qrup mərhələsi – I Tur
15:30 - 19:30. Qrup mərhələsi – II Tur
19:30 - 22:30. Qrup mərhələsi – III Tur
Futzal
Keçirilmə yeri: "Miras" İdman Təlim Mərkəzi
Qrup mərhələsi
14:00 - 16:00. Azərbaycan – Belarus
Tayboks
Keçirilmə yeri: "Tulpar" Universal İdman Kompleksi
16:00 - 21:00. 1/2 final
60 kq. Əliyev Əli
63,5 kq. Məhər Əsədzadə
67 kq. Rəvan Ağazadə.