Türkiyədən Minsk Qrupuna Qarabağla bağlı ÇAĞIRIŞ

Dünya 27-okt, 10:209 nara 293 0
Türkiyədən Minsk Qrupuna Qarabağla bağlı ÇAĞIRIŞ


Azərbaycan ilə Ermənistan arasında elan edilən humanitar atəşkəsin yerinə yetirilməsi üçün Minsk Qrupu beynəlxalq hüquqa uyğun davamlı həlli hədəfləyən, nəticə yönümlü danışıqlar prosesinə başlamalıdır.

Oxu.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib. 

Aksoy son bir ayda əldə edilən üç humanitar atəşkəsin Ermənistan tərəfindən pozulduğunu diqqətə çatdırıb.

“Ötən gün əldə edilən humanitar atəşkəs də Ermənistan tərəfindən pozuldu. Ermənistan cəbhə xəttindəki Azərbaycan ordusunun bölmələrini, eləcə də döyüşlərin getdiyi bölgədən uzaqda yerləşən Azərbaycanın dinc sakinlərin yaşadığı ərazilərə hədəfə alaraq, hücumlar həyata keçirib. Ermənistanın atəşkəs razılaşmalarını pozmasını nəzərə alaraq, BMT Təhlükəsizlik Şurasının qərarlarına və beynəlxalq hüquqa uyğun nəticə yönümlü müzakirə müddəti başlamalıdır. Düşünürük ki, elan ediləcək atəşkəslər ancaq bunun sayəsində davamlı ola bilər”
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr