“Yanğınlar bitənədək Türkiyədə olacağıq”

Cəmiyyət 05-avq, 10:039 xeberler2022 292 0
“Yanğınlar bitənədək Türkiyədə olacağıq”


Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən bu gün yenidən yanğınların söndürülməsində iştirak etmək üçün Türkiyəyə yola düşürük. Dalaman aeroportunda endikdən sonra həmin ərazilərdə işə başlayacağıq.
"Bu sözləri Fövqəladə Hallar Nazirliyinin Türkiyədə meşə yanğınlarının söndürülməsi üçün Heydər Əliyev adına Beynəlxalq Aeroportundan yola düşən “BE-200ÇS” tipli amfibiya təyyarəsinin bort-mühəndis təlimatçısı Cavid Qəhrəmanov deyib.

O deyib: “Bildiyiniz kimi, biz bir müddətdir orada işləyirdik. Texniki baxış məqsədilə bir günlük Azərbaycana döndük. Burada texniki baxış keçirildi və yenidən dövlətimizin başçısının tapşırığı ilə Türkiyəyə yola düşürük”.

C.Qəhrəmanov heyətin orada qalma müddəti ilə bağlı suala da aydınlıq gətirib: “Bu, yanğından asılıdır. Yəqin ki, yanğının tam söndürülməsinə, bitməsinə qədər biz orada iştirak edəcəyik. Yanğının miqyasından asılı olaraq istiqamətlərimizi dəyişə bilərik. Hər vəziyyətə hazırıq. Təyyarəmiz 20-25 saniyədə 12 ton su götürür. Əlli metr hündürlükdən yanğın ərazisinə su atılır. İndiyədək biz Azərbaycanda və digər ölkələrdə ondan istifadə etmişik. Hər yerdə yanğınların söndürülməsi işi uğurla başa çatıb”.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da ikinci qrup - 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedic Türkiyəyə yola düşüb.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr