Vətən Müharibəsi Qəhrəmanı general oldu - Əkiz qardaşı XTQ polkovnikidir

Siyasət 18-avq, 11:029 xeberler2022 306 0
Vətən Müharibəsi Qəhrəmanı general oldu - Əkiz qardaşı XTQ polkovnikidir


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam verib. 

“Qafqazinfo” xəbər verir ki, general-mayor rütbəsi verilən iki hərbçidən biri Vətən Müharibəsi Qəhrəmanıdır.

Bu, polkovnik kimi Vətən müharibəsində iştirak edən Qurbanov Babək Vahid oğludur.

Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Babək Qurbanov, eyni zamanda “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Qeyd edək ki, general-mayor Babək Qurbanov Şahbuz rayonundandır. O, 1982-ci ildə anadan olub.

Maraqlıdır ki, Babək Qurbanovun əkiz qardaşı Bayram Qurbanov da hərbçidir. Babək Qurbanovdan fərqli olaraq, əkiz qardaşı Xüsusi Təyinatlı Qüvvələrin zabitidir. Polkovnik-leytenant Bayram Qurbanov da qardaşı kimi Vətən Müharibəsinin iştirakçısı olub və Prezident tərəfindən Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr