Mehriban Əliyevadan Musa Yaqubla bağlı TAPŞIRIQ

Siyasət 02-iyl, 12:589 xeberler2022 299 0
Mehriban Əliyevadan Musa Yaqubla bağlı TAPŞIRIQ


Heydər Əliyev Fondu Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.

Oxu.az xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fonduna tapşırıq verib.

Bu barədə məlumatı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov təsdiqləyib.

O bildirib ki, artıq Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması ilə bağlı işlərə başlanılıb.

Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə vəfat edib.

O, həmin kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr