General-mayor rütbəsi verilən polis rəisləri kimdir?

Siyasət 02-iyl, 10:479 xeberler2022 344 0
General-mayor rütbəsi verilən polis rəisləri kimdir?


Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsi verilən polis rəislərinin bioqrafiyası maraq doğurub.

Bu gün general-mayor rütbəsi verilənlərdən biri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevdir.

Ə.Rzayev 1968-ci ildə Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub. BDU-nun hüquq fakültəsində təhsil alıb. 1989-cu ildə Ukraynada polis, 1990-1995-ci illərdə Ordubadda kənd məktəbində müəllim işləyib. Müxtəlif illərdə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin rəis müavini, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, ardınca Şəki RPİ-nin rəisi olub, oradan isə Nəsimi rayonuna rəis gətirilib. Və nəhayət 2019-cu ildə Nəsimi RPİ-nin rəisi vəzifəsindən çıxarılaraq “Bandotdel”in rəisi təyin edilib.

General-mayor rütbəsi verilən digər şəxs Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovdur.

Ə.İsmayılov 1963-cü ildə Yerevanda anadan olub. Vladimir Xüsusi Orta Milis Məktəbini, daha sonra isə DİN-in Polis Akademiyasını bitirib. 1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlayıb və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışıb.15 il Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi və həmin İdarənin əməliyyat işi üzrə rəis müavini, Sumqayıt ŞPİ-nin rəisi, Xətai və Yasamal RPİ-lərinin rəisi, Gəncə şəhər BPİ-nin rəisi vəzifələrində xidmət edib.

2020-ci ilin noyabr ayında Bakı Şəhər BPİ-nin rəisi vəzifəsinə təyin olunub. Ailəlidir, 3 övladı var.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov da general-mayor rütbəsi alanlar sırasındadır.

İ.Hümbətov 1964-cü ildə Füzuli rayonu Qaraxanbəyli kəndində anadan olub. Barnaul Xüsusi Orta Milis Məktəbini, Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1985-ci ildən daxili işlər orqanlarında xidmət edir.

DİN-in ayrı-ayrı struktur qurumlarında cinayət axtarışı üzrə əməliyyat müvəkkili, Balakən və Saatlı Rayon Polis şöbələrinin cinayət axtarışı bölməsinin rəisi, Cəlilabad və Sabirabad Rayon Polis şöbələrinin rəis müavini, paytaxtın Xəzər, Səbail, Xətai, Yasamal Rayon Polis idarələrinin rəis müavini, Göyçay və Lənkəran şəhər rayon Polis şöbələrinin rəisi vəzifələrində işləyib.

2019-cu ilin noyabr ayında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Ailəlidir. Üç övladı var.

2019-cu ildən bəri Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi olan Əlaslan Ağayev də general-mayior rütbəsi alıb. O, bundan öncə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi işləyib.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr