Azərbaycan Prezidenti: "Ermənistan hökuməti mövqeyini dəyişməlidir, maksimalist mövqeyindən çəkinməlidir"

Gündəm / Siyasət 08-okt, 10:039 nara 309 0
Azərbaycan Prezidenti: "Ermənistan hökuməti mövqeyini dəyişməlidir, maksimalist mövqeyindən çəkinməlidir"


"Prezidentlik müddətimdə Ermənistanın iki sabiq prezidenti və indiki baş naziri ilə bəlkə də onlarca danışıq aparmışam. Əvvəlki debatlar ərzində biz danışıqlar masasında əsaslı irəliləyişə nail olmuşduq. Biz bugünkü münaqişənin həlli üçün prinsipləri işləyib hazırlamışdıq. Biz konstruktiv idik. Danışıqlar 1992-ci ildən bəri davam edirdi. Təsəvvür edirsiniz?"
Bu sözləri Prezident İlham Əliyev oktyabrın 7-də “Euronews” televiziyasına verdiyi müsahibəsində səsləndirib.

Dövlət başçısı bildirib ki, demək olar ki, 30 il müddətində Azərbaycan xalqı ümidlərlə yaşayıb:

“Vasitəçilər bizə “bir az gözləyin, Ermənistan tərəfindən daha konstruktiv yanaşma olmalıdır” deyirdilər. Lakin iki il bundan əvvəl dövlət çevrilişi nəticəsində bu baş nazir hakimiyyətə gələndən sonra danışıqlar prosesini tamamilə məhv etdi. Mənim onunla dəfələrlə görüşlərim olmuşdur, lakin bu görüşlər tamamilə mənasız idi. O mənə əraziləri geri qaytarmayacaqlarını dedi, onlar Dağlıq Qarabağın Ermənistana birləşməli olduğunu deyirdi. Beləliklə, bunlar mənim üçün tamamilə qəbuledilməz tələblər idi və onlar vasitəçilər üçün də qəbuledilməz idi. Ermənistan hökuməti mövqeyini dəyişməlidir, maksimalist mövqeyindən çəkinməlidir, “Qarabağ Ermənistandır” deməyi dayandırmalıdır. Çünki bu, həqiqət deyil, danışıqlar prosesini məhv edir və əlbəttə ki, biz geriləyirik. Yeri gəlmişkən, sabah bizim Xarici İşlər nazirimiz Minsk qrupunun səfirləri ilə görüşmək üçün Cenevrədə olacaq. Mən bildiyim qədər, Ermənistanın xarici işlər naziri oraya ayın əvvəlində getməli idi, lakin o buna məhəl qoymadı. O, orada deyil. Bizim Xarici İşlər nazirimiz oradadır. Bu, kimin danışıqlar aparmaq istədiyini, kiminsə, sadəcə, Azərbaycanı günahlandırmaq istədiyini nümayiş etdirir”.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr