Ərini öldürən qadın: "Bıçağı götürüb baxmadan vurdum, uşaqlarımız ayırdı"

Kriminal 30-sen, 11:029 xeberler2022 283 0
Ərini öldürən qadın: "Bıçağı götürüb baxmadan vurdum, uşaqlarımız ayırdı"


İstanbulda Əhməd Özdəmir boşanma ərəfəsində olduğu həyat yoldaşı Nuran Özdəmir tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Türkiyə mətbuatı xəbər verir ki, hadisə baş verən günü Əhməd Özdəmir qadının yaşadığı evə gələrək onu təhqir etməyə başlayıb.

Qapını açan qadın qonşuların narahat olduğunu bildirərək həyat oldaşından getməsini tələb edib.

Bu zaman Əhməd Özdəmir evə girərək qadını döyməyə başlayıb. Qadın özünü müdafiə etmək üçün soyuducunun üzərindən götürdüyü bıçaqla həyat yoldaşının sinəsinə xəsarət yetirib.

Köməyə gələn qonşular təcili tibbi yardım çağırıblar.

Hadisə yerinə hələn tibb işçiləri ilkin tibbi yardım göstərsələrdə, xəstəxanaya çatdırılan Əhməd Özdəmir orada dünyasını dəyişib.

Polis əməkdaşları tərəfindən saxlanılan Nuran Özdəmir ifadəsində bildirib ki, həyat yoldaşını öldürmək fikrində olmayıb və özünü qorumaq üçün bıçaqa əl atıb:

“Hadisə baş verən günü həyat yoldaşım binanın içərisində yüksək səslə məni təhqir etməyə başladı. Qapını açıb ondan çıxıb getməsini istədim. Dedim, qonşuları da narahat edirsən. Bu zaman Əhməd qapıdan içəri girdi və başımı yerə əyərək məni vurmağa başladı və bir müddət belə döyməyə davam etdi.

Məni döyərkən başımdan qan axdığını görəndə, ondan qurtulmaq üçün soyuducunun üzərindəki bıçağı götürdüm və baxmadan təsadüfi olaraq onu vurdum.

O vaxt evdə olan uşaqlarım müdaxilə edərək bizi ayırdılar.

Bıçağı öldürmək üçün deyil, əlindən qurtulmaq üçün vurdum".

Araşdırma aparılır.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr