Azərbaycanda uşaqlara narkotik vermək istədilər - RƏSMİ AÇIQLAMA/FOTO

Hadisə 12-avq, 11:409 xeberler2022 299 0
Azərbaycanda uşaqlara narkotik vermək istədilər - RƏSMİ AÇIQLAMA/FOTO


Xırdalan şəhərində uşaqlara və gənclərə açıq şəkildə narkotik vasitələr təklif edilib.

Bu barədə Abşeron KOB İnkişaf Mərkəzinin əməkdaşı Lalə Bağırova paylaşım edib. O, hadisənin avqustun 11-də Xırdalandakı AAAF Park Yaşayış Kompleksində baş verib:

“14-15 yaşlarında oğlan uşaqları bu gün axsam saat 21:45-22:00 radələrində Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin 11 saylı küçəsinin blok girişləri tərəfdə bütün oynayan uşaqlara "konfet, saqqız" adı ilə ağ həblər təklif ediblər.

Bizim uşaqlar bildirəndə ki, "biz bilirik bunlar nədi”, - qayıdıblar ki, sizin bilmədiyiniz şeylərdəndir. Uşaqlar təlaşla bizə zəng vurdular ki, narkomanlar həyətdə uşaqlara nə isə təklif edirlər.

Öz aralarında danışırlarmış ki, uşaqları maşına basıb aparsınlar”.

Ərazidə təhlükəsizlik kameraları olduğunu deyən L.Bağırova məsələnin araşdırılmasını istəyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Ölkə.Az-ın sorğusuna cavab olaraq hadisədən xəbərdar olduqlarını deyib:

"Məsələ barədə məlumatlıyıq, müvafiq araşdırma aparılır” – açıqlamada qeyd edilib.

Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr