SON DƏQİQƏ! ÜST-dən bədbin açıqlama — Oktyabr və noyabr aylarında....
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) oktyabr və noyabr aylarında Avropada COVID-19-la bağlı gündəlik ölüm sayında artım olacağını bildirib.
APA "France Presse"agentliyinə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluqe bildirib.
"Vəziyyət daha da çətinləşəcək. Oktyabr və noyabr aylarında biz daha çox ölüm halları görəcəyik", Hans Kluqe bildirib.
ÜST rəsmisi deyib ki, yoluxma hallarındakı artım günlük ölümlərin də artımına səbəb olacaq: "Mən anlayıram ki, indiki məqamda ölkələr pis xəbər eşitmək istəmir. Mən pozitiv mesaj göndərmək istərdim ki, bu pandemiya bitəcək. Tez-tez eşidirəm ki, peyvənd pandemiyanı sonlandıracaq Təbii ki, bu, belə deyil. Peyvəndin bütün əhali qruplarına kömək edib-etməyəcəyini də bilmirik. Hazırda üzərində işlənən peyvəndlərin bir qrup üçün kömək edəcəyi, digər qrup üçün isə effektiv ola bilməyəcəyi barədə bəzi siqnallar alırıq. Fərqli peyvəndlər sifariş etməli olsaq, bu, sadəcə texniki-maddi baxımdan bir kabus olacaq! Pandemiyanın sonu bir cəmiyyət olaraq bu pandemiya ilə necə yaşamağı öyrənəcəyimiz andır. Bu, bizə bağlıdır və düşünürəm ki, çox müsbət bir mesajdır".
Qeyd edək ki, bu gün və sabah ÜST-ə üzv 55 Avropa ölkəsi koronavirusla bağlı virtual müzakirə keçirəcək və 5 illik strategiya barədə razılığa gələcəklər. /APA