“Taliban” COVID peyvəndini qadağan etdi

Dünya 14-avq, 09:009 xeberler2022 305 0
“Taliban” COVID peyvəndini qadağan etdi


“Taliban” hərəkatı Əfqanıstanın şərqindəki Paktiya vilayətində koronavirusa qarşı vaksinlərin istifadəsini qadağan edib.
Bu barədə yerli “Shamshad” telekanalı məlumat yayıb.

Vilayətin səhiyyə idarəsinin rəhbəri Vəlayət Xan Əhmədzay artıq üç gündür ki, ərazini ələ keçirən taliblərin göstərişilə xəstəxananın vaksinasiya şöbəsinin bağlandığını bildirib.

Onun sözlərinə görə, hərəkat üzvləri yerli həkimlərə də müvafiq xəbərdarlıq göndərərək koronavirusa qarşı peyvəndin vurulmasının qadağan olunduğunu qeyd ediblər.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr