Səyyad Əlizadə Qarabağda dəfn olunacaq
Ötən gün axşam saatlarında vəfat edən müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq.
Mərhum Füzulidə torpağa tapşırılacaq:
O, vəsiyyətinə əsasən Füzuli rayonunda ata və anasının qəbirləri yanında dəfn olunacaq.
Xatırladaq ki, Səyyad Əlizadə koronavirus səbəbindən vəfat edib. Bir neçə müddətdir xəstəxanada müalicə alırdı.