Xankəndinə ötürücü ordumuzun nəzarətindədir: ya tabe olacaqlar, ya da... - VİDEO

Cəmiyyət / Video 10-avq, 13:229 xeberler2022 304 0
Xankəndinə ötürücü ordumuzun nəzarətindədir: ya tabe olacaqlar, ya da... - VİDEO


“Hörmətli Xankəndi sakinləri, bildirmək istəyirik ki, şəhərdə içməli sudan qənaətlə istifadə etmək lazımdır”. Xankəndidə yaşayan erməni əhalisinə təxminən bu şəkildə məlumat verilib.  Şəhərdə içməli su problemi kritik həddədir.

Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərkən pərən-pərən düşən erməni döyüşçülər şəhərin su borusunu sıradan çıxarıblar.

Onlar başqası üçün quyu qazdıqları quyuya indi özləri düşüblər. Digər məqam isə ondan ibarətdir ki, ermənilərin su götürdüyü anbarın ötürücüsü hazırda Azərbaycan Ordusunun nəzarətindədir. Hərbçilərimizin icazəsi olmadan ona yaxınlaşmaq qadağandır.

Görünən odur ki, Xankəndi erməniləri problemlərin həllini məhz vətəndaşı olduqları Azərbaycan dövlətinin həll edə biləcəyini dərk etməlidirlər. İndi onların qarşısında iki seçim imkanı var: Ya Azərbaycan qanunlarına tabe olub bu ölkənin digər vətəndaşları kimi bütün hüquqlardan faydalanacaqlar, ya da illərdir onlara yalan vədlər verən sepratraçılara inanmaqla uçurumun dərinliklırinə yuvarlanacaqlar.

Ekspertlər vəziyyətdən çıxış yollarından danışıblar.

Ətraflı İTV-nin süjetində:

<embed width="640" height="360" src="https://player.olke.az?v=1754&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr