“Taliban”ın Kabilə daxil olmasından sonra 12 min nəfər Əfqanıstanı tərk edib

Dünya 21-avq, 10:449 xeberler2022 212 0
“Taliban”ın Kabilə daxil olmasından sonra 12 min nəfər Əfqanıstanı tərk edib


Avqustun 15-də “Taliban” hərəkatının Kabilə daxil olmasından sonra təxminən 12 min nəfər Əfqanıstanı tərk edib.
"Apa xeber verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən “Reuters”ə məlumat verilib."

Bildirilib ki, Əfqanıstanı tərk edənlər əsasən xarici ölkə vətəndaşları və bu ölkədə fəaliyyət göstərmiş müxtəlif beynəlxalq humanitar təşkilatlar və diplomatik korpuslarla əməkdaşlıq etmiş Əfqanıstan vətəndaşlarıdır.

Qeyd olunub ki, hazırda “Taliban”la və Kabil hava limanının ətrafındakı əfqanlarla qarşıdurmadan çəkinmək üçün təxliyə prosesi məqsədli şəkildə yubadılıb.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr