Liviyanın keçmiş lideri Qəddafinin oğlu Türkiyəyə yerləşdi
Liviyanın keçmiş lideri qəddafinin kiçik oğlu Saadi Qəddafi təhlükəsizliyi baxımından bazar günü ölkəni tərk edib.
“Al-Marsad” xəbər verir ki, Tripolidə məhkəmninin Saadi Qəddafiyə bəraət hökmü çıxardıqdan sonra ölkəni tərk etmək icazəsi verilib. Onun Türkiyəyə uçduğu bildirilir.
Saadi 2011-ci ildə öldürlən Liviya lideri Qəddafinin üçüncü və ən kiçik oğludur. O əvvəlcə Nigerə qaçsa da, 2014-cü ildə ölkəsinə saxlanılaraq ölkəsinə ekstradisiya olunub. O bir neçə il Tripolidə həbsdə olub, ancaq 2018-ci ildə bəraətə alıb.