Dalana dirənən Ermənistan hakimiyyəti cəmiyyət üçün problemə çevrilir

Dünya 28-okt, 11:509 nara 348 0
Dalana dirənən Ermənistan hakimiyyəti cəmiyyət üçün problemə çevrilir


Son hadisələr Ermənistanın "əsas potensialını" da aşkarladı. Məlum oldu ki, bu dövlət yalınız xarici dəstək və yardımların hesabına mövcuddur.
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 27-dək ölkə əhalisinin etirazının qarşısını koronavirus təhlükəsinə görə ala bilirdi. Bu məqsədlə fövəqəladə vəziyyət rejimi müddətini qanunsuz olaraq, hətta 5 ayadək uzada bildi.

2021-ci ilin yanvarınadək isə fövqəladə vəziyyəti rejiminə bərabər karantin tətbiq edilib.

Ancaq bu hal onu çoxsaylı problemlərin məngənəsində xilas edə bilmir. Son döyüşlər başlamazdan əvvəl müxalifət nümayəndələri Nikolun istefası tələbi ilə etiraz aksiyası keçirəcəklərinin bəyan etmişdi. Onlardan biri, Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, "Vətən" partiyasının sədri Artur Vanesyan ölkədə vəziyyətin ağır olduğunu, bunun üçün müxtəlif siyasi qüvvələrin məsləhətləşmə keçirməyə ehtiyac yarandığını bildirmişdi. O, həmin vaxt Ermənistanın uçrum astanasında olduğunu da vurğulamışdı.

Nikol Paşinyan Azərbaycana qarşı müharibəni başlamaqla çoxsaylı problemlərdən yayınmağa çalışdı.

Ancaq döyüşlər uçurum vəziyyətində olan Ermənistanın düşdüyü vəziyyəti daha ağırlaşdırdı.



Ermənistanın birinci baş naziri, ölkənin ikinci müdafiə naziri olmuş, hazırda Milli Demokratik Birlik Partiyasına sədrlik edən Vazgen Manukyan hakimiyyəti istefaya çağırıb. O, Ermənistandakı mövcud vəziyyəti “biabırçı” adlandırıb.

Qeyd edək ki, Vazgen Manukyan 1946-cı il fevralın 13-də Ermənistanın Leninakan şəhərində anadan olub. O, 1990-cı il avqustun 13-dən 1991-ci il noyabrın 22-dək Ermənistanın hökumətinin başçısı olub. 1991-ci il oktyabrın 20-dən 1993-cü il avqustun 21-dək müdafiə naziri işləyib.

Hadisələr sübut etdi ki, son 29 ildə Ermənistanda cəmiyyəti təmin edə bilən siyasi qüvvə hakimiyyətə gəlməyib. Onların arasında ən optimal sayılanı Levon Ter-Petrosyan idi. Onu da istefa verməyə məcbur etdilər. Xocalı soyqırımı törədiləndə o, prezident idi. Bu baxımdan Ermənistanda Azərbaycanla normal münasibt qura biləcək şəxs hələ də hakimiyyətə gəlməyib. Robert Koçaryan və Serj Sarqsyan isə Xocalı soyqırımının müəllifləridir. Onların hər ikisinin əlləri həm də öz millətinin qanına batıb.

1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror törədiləndə Koçaryan prezident, Serj Sarqsyan isə təhlükəsizlik xidmətinin başçısı idi.

Başqa sözlə, Ermənistanda bir qayda olaraq hakimiyyətə cinayətkar ünsürlər gətirilib. Yaxud əlləri azərbaycanlıların qanına batdığı üçün mükafata olaraq Sarqsyan, Koçaryan Ermənistanda prezident kürsüsünə çıxarılıblar.

Ermənistanın indiki prezidenti Armen Sarkisyan və baş naziri Nikol Paşinyan da öz sələflərindən geri qalmadılar. Bu siyasi qüvvə hakimiyyətə gələndən sonra Azərbaycana qarşı təcavüzkarlığı genişləndirməyə çalışıb. 2020-ci ilin iyulun dövlət sərhədini pozan Ermənistanı Azərbaycan ordusu yerində oturtdu.



Bu məğlubiyyətdən nəticə çıxarmayan Nikol hökuməti sentyabrda işğal altında olan Qarabağda hərbi əməliyyatlara başladılar. Bu istiqamətdə fəaliyyəti Ermənistan hakimiyyətinin və ermənilərin maddi-mənəvi, hərbi, strateji və s. sahələrdə iflasıdır.

Nikol Paşinyan ölkədə hərbi vəziyyət elan etməklə müharibə partiyasından istifadə edərək rəqibləri susdurur. İndi etiraz aksiyası keçirən istənilən siyasi qüvvə Nikolun məğlubiyyətinə ortaq sayılacaq. Yaxud Paşinyan həmin qüvvəni “günah keçisi” elan edəcək. Belə qənatətə gələcəklər ki, guya döyüşdə Ermənistan ordusu “az qalırmış uğur əldə etsin, həmin siyasi qüvvə mane olub”.

Bununla belə, daha acınaqcaqlı vəziyyətə düşməkdən yayınmaq məqsədi ilə Nikol hökumətinin istefası ən uyğun hadisə olar. Guya müharibədən əvvəl Ermənistan hakimiyyəti cəmiyyətin hansısa problemini yarımçıq da olsa həll etdimi? Əlbəttə ki, yox. Sadəcə insanları məhkəmə ilə hədələməklə cəmiyyəti qorxu altında saxlamaq idrəçilik deyil. Nikol Ermənistan cəmiyyətini parçaladı. Bu parçalanmış cəmiyyət uğur əldə edə bilməz.

Son günlər hakimiyyət Milli Təhlükəsizlik Xidmətində “təmizlik” aparır. Belə təəsürat yaranır ki, Ermənistanda uğursuzluqların baisi bu xidmətdir.



Oktyabrın 8-də Ermənistan prezidenti Armen Sarkisyanın qərarı ilə Arqişti Kərəmyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, 2018-ci il hakimiyyət dəyişikliyindən sonra Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyində tez-tez kadr dəyişikliyi olur. Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətin direktoru işləyib. Keçmiş müavini Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etməyə başlayıb. O, bu il martın 19-da bu vəzifəyə təyin olunmuşdu. İyunun əvvəlində E.Martirosyan tutduğu vəzifədən azad edilib.

Onun yerinə 29 yaşlı Arqişti Kərəmyan gətirilib.

Xatırladaq ki, A.Vanesyan xarici dövlətlərdən birinin casusu olmaqda da şübhəli bilinir.

Oktyabrın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan tutduğu vəzifədən azad edilib. Bu gün isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Əks-kəşfiyyat idarəsinin rəisi general-mayor Ohanes Karumyanın işdən çıxarılmas barədə xəbər yayılıb.

Belə çıxır ki, regionda təhlükə mənbəyi olan Ermənistanın dövlət təhlükəsizliyi ilə məşğul olan qurumunda vəziyyət acınacaqlıdır.

Bu, həm də ölkənin güc strukturunun vəziyyətinin göstəricisidir. Ermənistan ordusunun halı təhlükəsizlik xidmətinkindən yaxşı deyil. Azərbaycan silahlı qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində bu ordu daha da kiçildi.



Yeri gəlmişkən, Nikol Paşinyan əsgərlərinin Qarabağda döyüş meydanından qaçdığını etiraf edib: “Əlbəttə, müharibədə plov paylamırlar, müharibə xaos yaradır. Ancaq hər kəs bilməlidir ki, döyüş meydanından qaçanı cəzalandırmaq lazımdır və heç bir bəraət qəbul olunmur”. N.Paşinyan vurğulayıb ki, bu, taleyüklü məqamdır və ermənilərin heç biri onlara kömək ediləcəyinə ümid bəsləməməlidir.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığı və fərariliyini əks etdirən videogörüntülər də yayılır. Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki Ermənistan hərbçilərinin ərzaq və başqa bu kimi ehtiyaclarının ödənilməsində yaranmış problemlə bağlı yayılan videogörüntülər qalmaqala səbəb olub.

Polis bildirib ki, hərbi hissənin komandanlığı döyüş bölgəsindən qaçıb və həmin əsgərləri taleyin hökmünə buraxıblar. Məlumata görə, hərbçilər döyüş bölgəsində komandirsiz qaldıqlarından ərazini özbaşına tərk ediblər.

Ermənistan hakimiyyəti yaranmış vəziyyəti Qarabağdakı erməni klanının sayəsində düzəltməyə çalışır. Bir neçə gün əvvəl separatçıların keçmiş başçıları Arjkadi Qukasyan və Bako Saakyan Yerevanda olub. Onlar Ermənistanın keçmiş prezidentləri və Nikol Paşinyanla görüşlər keçiriblər. Belə ehtimal etmək olar ki, erməni liderləri məğlubiyyəti cəmiyyətə çatdırmaq üçün əsas və ya bəhanə axtarırlar. Buna görə də yaranmış vəziyyəti bilrikdə müzkirə edirlər. Ancaq hazırda Qarabağın erməni icmasının başçıları və ya başçısı mövcud deyil. Çünki onların hamısı separatçı və işğalçını dəstəkləyn cinayətkarlardır. Onların hamısı Azərbaycan qanunlarını pozan cinayətkarlardır. Bu cinayətkarlar isə Azərbaycan vətəndaşları olan erməni icmasına başçılıq etmək haqqını itiriblər.



Separatçıların başçısının müraciətindən belə çıxır ki, ermənilər artıq döyüşə bilmir. Yerevanda çıxan “Qraparak” qəzetinin yazdığına görə, Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki separatçıların başçısı Araik Arutyunyan Ermənistandan da hərbi əməliyyatların dayandırılmasını istəyib. Bildirilib ki, Arutyunyanın müraciəti Ermənistanda “hərbi vətənsevərlik nağılları danışanların üstünə soyuq su səpib”. Məqaləyə əsasən, separatçıların başçısı bununla da reallığı qəbul etməyə çağırıb. Oktyabrın 23-də Araik müraciət edərək atəşkəs rejiminin tətbiqində Rusiya prezidenti Vladimir Putindən yardım istəmişdi. Müəllif iddia edib ki, işi çətinə düşən Arutyunyan Rusiya prezidentindən yardım istəyir: “Ancaq dinc vaxtlarda o, Rusiyanın “persona non-qrata” (“arzuedilməz şəxs”) elan etdiyi Masis Mailyan və Samvel Babayanı “vəzifə"yə təyin etmişdi. Bu baxımdan Araikin Rusiya prezidentinə müraciəti təzadlıdır”.

Məqalə müəllifi yazıb ki, Araik Ermənistanın baş naziri Nikol Paşinyana da oxşar məzmunda məktub ünvanlayıb. O, Paşinyandan reallığı qəbul edərək təcili atəşkəsə nail olmağı və danışıqlar masasına oturmasını istəyib. Ancaq bu məktub barədə rəsmi Yerevan məlumat yaymayaraq gizlədib.

Beləliklə, Ermənistandakı hakimiyyəti günü-gündən özünü dalana aparır. Bu vəziyyətdən o, ancaq əllərini yuxarı qaldırmaqla çıxa bilər. Başqa sözlə Ermənistanın siyasi hakimiyyəti bu vəziyyətdə qaldıqca cəmiyyəti üçün üfunət mənbəyinə çevrilir. Onun cinayətlərinin yuyulması isə çox vaxt aparacaq… 

Report
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr