Xaləddin Musayev: Düşmən bilməlidir ki, qarşısında güclü Azərbaycan xalqı var

Səhiyyə 08-okt, 13:079 xeberler2022 432 0

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, 2-ci cərrahi xəstəliklər şöbəsinin müdiri, Tibb elimlər doktoru Xaləddin Musayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

2-ci cərrahi xəstəliklər şöbəsinin müdiri, Tibb elimlər doktoru Xaləddin Musayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Xaləddin Musayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 2-ci cərrahi xəstəliklər şöbəsinin müdiri, Tibb elimlər doktoru Xaləddin Musayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

2-ci cərrahi xəstəliklər şöbəsinin müdiri, Tibb elimlər doktoru Xaləddin Musayev - Azərbaycan Vətən müharibəsi ilə çox parlaq qələbəyə imza atıb. Bu qələbə üçün böyük işlər görülməli idi. Hansı ki bu işlər Müzəffər Ali Baş Komandanımız tərəfindən həyata keçirildi. Birincisi cənab Prezident 2003-cü ildə ilk dəfə Prezident seçildikdə qeyd etmişdi ki, güclü və qüdrətli Azərbaycan konsepsiyasını hədəf kimi götürəcəm. Ən əvvəl güclü iqtisadiyyat yaratmaq və xaricdən asılılıq olmamasına çalışmaq lazım idi.

Cənab Prezidentin səyləri nəticəsində Azərbaycan tezliklə müstəqil iqtisadiyyatını qura bildi. Digər tərəfdən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız bütün platformalarda, beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasəti yeritdiyini qeyd edirdi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini təsdiq edən sənədlərin qəbul edilməsi üçün diplomatik addımlar atırdı. Bütün bunlardan sonra nəhayət hədəf güclü ordunun yaradılması idi. Cənab Prezident həqiqətən bu illər ərzində ordunun güclü şəkildə quruculuğuna nail oldu. Azərbaycan hazırda 50 ən güclü ordular sırasındadır. Birinci Qarabağ müharibəsində ermənilər qalib gələndə informasiya müharibəsində də qalib gəlmişdi. Onlar Azərbaycanı işğalçı dövlət kimi tanıtdılar. Ancaq ikinci Qarabağ müharibəsi dönəmində cənab Prezident informasiya sahəsində də erməniləri susdurdu. Başqa bir məsələ Azərbaycanda milli birliyin yaranması oldu.

Müharibədə qalib gəlməsi üçün insanların vətənpərvərlik ruhu vacib idi. Xalqımız bunu müharibə zamanı göstərdi. 27 sentyabrda başlanan və cəmisi 44 gün davam edən müharibədə Müzəffər Ali Baş Komandanın prinsipiallığı, qətiyyətli davranması, Azərbaycanın haqlı olmasını səciyyələndirir. Azərbaycan ordusunun döyüş meydanında rəşadətli mübarizə aparması qələbəmizi şərtləndirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiiyinin bünövrəsini düzgün qurması, Azərbaycanın inkişaf edəcəyi yolu düzgün müəyyənləşdirməsi, indiki Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan qarşısında duran məsələləri düzgün həll etməsi, milli maraqlarımıza cavab verən qərarların qəbul edilməsi, bütün sahələrdə inkişafa, ordumuzun güclənməsinə və torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxardı. Düşmən bilməlidir ki, qarşısında güclü, qüdrətli, öz hüquqlarını bilən və onları qoruya bilən Azərbaycan xalqı var.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr