Almaniyada pivə evi Merkeli qara siyahısına saldı

Dünya 02-noy, 09:559 nara 326 0
Almaniyada pivə evi Merkeli qara siyahısına saldı


Berlində bir pivə evi Almaniya kansleri Angela Merkeli qara siyahıya salıb.
Buna səbəb noyabrın 2-dən elan olunan sərt karantin rejimində iaşə müəssisələrinin fəaliyyətinin qadağan edilməsidir.

Bu barədə  “Standige Vertretung” pivə evinin sahibləri Yorn Peter Brinkmann və Jan Filip Bubinger “Facebook” səhifələrində yazıblar.

Onlar Robert Kox İnstitutunun iaşə müəssisələrinin infeksiyaya yoluxmada 3 faizi aşmadığını bildiriblər.

Sahibkarlar həmçini bir çox siyasətçinin onların pivə evinin qonağı olduğunu da qeyd ediblər.

Xatırladaq ki,  28 oktyabrda Almaniya kansleri bütün Almaniya üçün sərt tədbirlər və karantin elan edib. Buna görə Merkel 2 noyabrdan ölkədə restoranlar, barlar, kinoteatrlar və digər əyləncə müəssisələri bağlanacağını deyib.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr