Prezident "Dövlət sərhədi haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Siyasət 17-iyn, 14:389 xeberler2022 232 0
Prezident "Dövlət sərhədi haqqında” qanuna dəyişiklikləri təsdiqlədi


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
"Qanuna dəyişikliyə əsasən, dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçik həcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol veriləcək.

Əvvəllər sadəcə dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələrinə dənizə çıxarkən sahildən iki milədək uzaqlaşmağa yol verilirdi.

Bu zaman Hərbi-Dəniz Qüvvələrinin istifadəsində olan üzmə vasitələri, habelə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər və dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələri nəzərə alınır.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr