Rusiya istehsalı 50 min doza peyvənd məhv edildi - SƏBƏB

Dünya 14-sen, 12:189 xeberler2022 233 0
Rusiya istehsalı 50 min doza peyvənd məhv edildi - SƏBƏB


Fələstin Səhiyyə Nazirliyi 50 min doza “'Sputnik Lite” peyvəndini məhv edib.
Xarici KİV xəbər verir ki, buna səbəb peyvəndlərin istifadəyə yararsız olmasıdır.
Nazirlik sözügedən peyvəndlərin 9 sentyabrda İsrailin nəzarəti altındakı Kerm Əbu Səlim sərhəd qapısı vasitəsilə təhvil götürüldüyünü açıqlayıb.
Qeyd olunub ki, sözügedən peyvəndlər təhlükəsiziyinin və keyfiyyətləriniun yoxlanması üçün bəzi prosedurlardan keçirilib.
Yoxlamalar nəticəsində peyvəndlərin istifadəyə yararsız vəziyyətdə olduğu üzə çıxıb.
Fələstin peyvəndlərin çatdırılmasını gecikdirdiyi üçün saxlanılma şəraitinin pozulduğunu və buna görə İsrailin məsuliyyət daşıdığını açıqlayıb.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr