Avtomobilinə nömrə nişanı ala bilməyən vətəndaşın problemi həll edildi

Cəmiyyət 16-iyl, 22:479 xeberler2022 227 0


Ötən gün avtomobilinə nömrə nişanı ala bilməyən vətəndaş Qocamanov Ayaz İlyas oğlunun Bizimxeber.az-a  ünvanladığı videomüraciət araşdırılıb. 

A.Qocamanovun redaksiyaya verdiyi məlumata görə, o, bu gün Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini Afiyəddin Leysanov tərəfindən qəbul edilib, yaranmış məlum problem sistemli şəkildə araşdırılıb. A.Leynalovun iştirakı ilə sənədlərə yenidən baxış keçirilib, avtomobil nömrə nişanı ilə təmin olunub.

Qeyd edək ki, vətəndaş Ayaz Qocamanov videomüraciətində lizinqlə alınan avtomobilnə yeni nömrə nişanı almaq istəsə də Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat şöbəsinin rəhbəri Seymur Nəsirov tərəfindən problem yaradıldığını bildimişdir. 

Bizimxeber.az-da yayılmış videomüraciəti tez bir zamanda araşdırdığı, problemi həll etdiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini Afiyəddin Leysanova təşəkkür edirik.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr