Koronavirusdan sağalanlar bunları YEMƏSİN!
Post-koronavirus dönəmində xəstələr iltihaba səbəb olan qidalardan imtina etməlidirlər.
Publika.az xəbər verir ki, bu barədə Samara Pəhriz Terapiyası İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Qinzburq və qastroenteroloq, terapevt Nikita Xarlov məlumat verib. Bildirilib ki, koronavirusdan sağalan bədəndə iltihabi aktivlik artır. Bu, yaşla bağlı xəstəliklərin əsasını təşkil edir - hipertoniya, ateroskleroz, xərçəng. Odur ki, bu vəziyyətdə Qinzburq antiinflamatuar pəhrizin təsirli olduğunu düşünür.
"Mümkünsə şəkəri, yüksək qlisemik indeksi olan məhsulları, un, kartof və düyüdən hazırlanan məhsulları rasiondan çıxarmaq lazımdır. Həmçinin günəbaxan yağı, qarğıdalı yağı, soya yağı, marqarin, kolbasa, sosiska və rəfinə edilmiş digər ət məhsullarını", - Mixail Qinzburq bildirib.
Nikita Xarlov isə Omeqa-3 və yağ turşuları ilə zəngin qidaları rasiona daxil etməyi məsləhət görür: yağlı dəniz balığı, kətan toxumu və zeytun yağı, tərəvəzlər, giləmeyvə, çox şirin olmayan meyvələr, şəkərsiz südlü içkilər, mürəkkəb karbohidratlar - qarabaşaq yarması, yulaf və kəpəkli çörək.
"Post-koronavirus sindromu sinir sistemi səviyyəsində meydana gəlir, odur ki, sinir sisteminə reabilitasiya yaxşı təsir göstərəcək. Qanda nə qədər sərbəst karbohidratlar varsa, beyin də bir o qədər hərəkətə gəlir və qoruyucu rejimə keçir", - mütəxəssis izah edib.