Saleh Məmmədov: Qarabağa sülh həyatı qaytarılacaq

Gündəm / Cəmiyyət 21-okt, 22:549 nara 668 0

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov  -


Bu günlərdə Azərbaycan xalqı olaraq tarixi günlər yaşayırıq. Düz 27 il bundan əvvəl yaşadığımız ağır günlər gözümüzün önündə canlanır. Texniki cəhətdən zəif ordumuz səriştəsiz rəhbərliyin fərasətsizliyi ucbatından səfalı, cənnət torpaqlarımıızı itirdik. Neçə-neçə igidlərimiz bu dünyadan gözüaçıq köçdülər. Xalq olaraq ağır günlər keçirdik. Azərbaycan dövləti cənnət Qarabağı itirdi. Azərbaycan torpaqlarının tən ortasında dilbər guşəmiz Qarabağda düşmən məskən saldı. Düz ürəyimizin başını dağladı düşmən. O gün bu gün düz 27  ildir hər an qanayan yara ilə yaşayır xalqımız. Acısına dözə bilmədiyimiz Qarabağın azad olunmasını həsrətlə gözləyirik. Neçə-neçə ağsaqqalımız son nəfəsində Ağdam, Füzuli, Cəbrayıl, Şuşa deyərək gözlərini bu dünyaya yumdular. Balaca körpədən cavan igidlərimizə kimi hamımız bir an belə dilimizdən, dualarımızdan Qarabağı əksiltmədik.
   İndi elə hiss edirəm sanki Allahım da duamızı eşidib qəhrəman prezidentimizi bizə yetirib. Bəli, məhz qəhrəman prezidentimiz İlham Əliyev. Çünki bu günə kimi itirdiyimiz, əlimizdən alınan heç bir parça torpağımızı belə bizə qaytaran rəhbərimiz olmamışdır. Çox şükrlər olsun sizi bizə yetirən Allahıma. Bu gün İlham Əliyev rəşadətli ordumuzla demək olar ki, çiyin-çiyin düşmənlə mübarizə aparır. Onun mükəmməl siyasəti ilə, taktikası ilə ordumuz hər gün neçə kəndimizi, torpağımızı qarış-qarış geri qaytarır. Hər azad edilmiş vətən torpağında Azan səsi eşidilir. Hər gün Azərbaycan ordusu öz xilaskar missiyasını yerinə yetirir. Bu gün azad edilmiş rayon mərkəzlərindən Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərindən olan görüntülər ürək dağlayır. Elə bil ki, o cənnət guşələri də bizsiz sanki həyata küsüb. Mənfur düşmən  zorla bizdən aldığı o cənnəti qoruyub saxlaya bilməyib. Solğun, boynu bükük bir gülü, çiçəyi xatırladır o şəhərlər bizə. Amma torpaqlarımızın işğal olunma xəbərini alan Azərbaycan xalqı hər gün daha çox xoşbəxt olduğu kimi bir müddətdən sonra həmin torpaqlarımız da canlanacaq. Yenə cənnəti xatırladacaq. Çünki Azərbaycan hökümətinin işi haqq işidir. Tezliklə tam qələbə xəbərini alan kimi möhtərəm prezidentimiz necə ki çox qısa müddət ərzində işğaldan azad olunmuş Cocuqmərcanlı cənnətə döndərdisə, eləcə də Qarabağı əsl cənnət simasını özünə qaytaracaq. Azərbaycan höküməti, Azərbaycan xalqı orda elə bir gözəllik yaradacaq ki, dünyanı çıraqla gəzsəniz belə bu gözəlliyə tay tapa bilməyəcəksiniz.
   Biz bir daha ölkə başçısına, Ali Baş Komandan İlham Əliyevə xalq olaraq dərin minnətdarlığımızı bildiririk. Sağ olsun ki, bu həsrəti bitirdi. Bizi cənnətimizə Qarabağımıza qovuşdurdu. Dünya durduqca ürəklərdə məskən salacaq şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhları qarşısında baş əyirik.



Xüsusi əhəmiyyətə malik Şəhriyar-Kələxana avtomobil yolu yenidən qurulur


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mütəmadi olaraq  yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Respublikamızda kənd yollarının inşası və yenidən qurulması layihələrinin icrası həm də vətəndaşların sosial rifah halına müsbət təsir göstərən sənaye, turizm və kənd təsərrüfatının inkişafına hesablanıb.
 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, bu layihələrdən daha birinə Şamaxı rayonunda başlanılıb. Belə ki, Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 122-ci km-dən ayrılan Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi məqsədi ilə bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunmaqla yenidənqurma işlərinə start verilib.
 
Ötən əsrin 70-ci illərinin normativləri əsasında tikilən, qara və çınqıl örtüklü olan Şəhriyar–Kələxana avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir olunmadığından yolun torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdır. Bu səbəbdən yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac var idi.
 
Hazırda 3 min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəhriyar–Kələxana avtomobil yolu tikinti layihəsinə uyğun olaraq  əsaslı şəkildə yenidən qurulur və  2 hərəkət zolaqlı olaraq IV texniki dərəcəyə uyğun təkmilləşdirilir.
 
Layihə çərçivəsində ilkin mərhələdə marşrut boyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri aparılıb. Artıq  bu işlərin yekunlaşdığı  ərazilərdə 12 sm qalınlıqda olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.
 
Ümumi uzunluğu 8 km olan yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 m, çiyinlərin eni isə 2 m təşkil edəcək.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və tərtib olunmuş qrafikə uyğun kompleks şəkildə görülən bu işlər bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyi üçün hesablanıb.
 
Tikinti işlərinin sonuncu mərhələsində avtobus dayanacaqları inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
 
Qeyd edək ki, Kələxana kəndi ərazisində yerləşən XVII əsrə məxsus “Kələxana türbələri”  dünyanın ən unikal  tarixi komplekslərindən sayılır. Bura daxil olan doqquz abidə eyni zamanda orta əsrlərdə formalaşmış Şirvan-Abşeron memarlıq məktəbini təmsil etdiyindən olduqca önəmli hesab olunur.
 
Ölkə təsərrüfatında əhəmiyyətli yerlərdən birini tutan üzümçülük sahəsinin inkişaf etdiyi ərazilərdən sayılan Şəhriyar qəsəbəsi isə dünya şöhrətli “Mədrəsə”, “Şirvanşahı”, “Şamaxı mərəndisi”, “Qara mərəndi”, “Qızılı mərəndi” kimi qiymətli üzüm sortlarının yarandığı və becərildiyi yer kimi məşhurdur.
 
Ümumiyyətlə isə qədim Şamaxının bu əraziləri tarixi abidələrlə, təbiət gözəllikləri ilə zəngindir və beynəlxalq turizm marşrutuna uyğun meyarları özündə birləşdirir.
 
Bu baxımdan Şəhriyar–Kələxana avtomobil yolunun yenidən inşası təkcə  vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının və turizmin inkişafına da şərait yaradacaq.     
 
BÜTÜN YOLLAR QARABAĞA APARIR...





Zərdabda 3 kəndin 4 mindən artıq əhalisinin istifadə etdiyi yol yenidən qurulub


YOLUMUZ QARABAĞADIR...
 
Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də məhz avtomobil yolu layihələrinin icrasıdır və bununla bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində verdiyi tapşırıq və sərəncamlarına əsasən ölkədə yol infrastrukturunun yenidən qurulması istiqamətində əsaslı islahatlar aparılır.
 
Zərdab rayonunda 7 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yüksək keyfiyyətlə yenidən qurulması işləri artıq sona çatdırılıb.
 
Bu respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci km-dən ayrılan və 7 km uzunluğa malik Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 3 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.
 
Uzun müddətli istismar nəticəsində yol örtüyünün tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəldiyindən bəzi hissələrində torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi.
 
Sözsüz ki, yol boyu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks təmir-tikinti işləri yuxarıda sadalanan problemlərin birdəfəlik həllinə gətirib çıxaracaq. Aparılan təmir işləri çərçivəsində torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Torpaq işləri 70 min kv.m sahəni əhatə edib.
 
Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsasının inşası həyata keçirilib. Yol əsasının inşası üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunub. Yolun çiyin hissələri də dağıldığından çiyinlərin 12 sm qalınlığında optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri aparılıb.
 
Yol boyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün suların normal ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb və izolyasiyası işləri aparılıb.
 
Tikinti layihəsinə uyğun olaraq, növbəti mərhələlərdə yolun 40 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Bunun ardınca zəruri olan yerdə avtobus dayanacağı tikilib, siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə quraşdırılıb, yol boyu xətlənmə işləri aparılıb.
 
Zərdab rayonunun Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yoluna çıxışını təmin etməklə istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat gediş-gəlişinə şərait yaradacaq, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yük və sərnişin daşımasını asanlaşdıracaq. Bundan başqa kənd təsərrüfatının inkişafına təkan verməklə məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.
 
 
YOLUN AÇIQ OLSUN, AZƏRBAYCAN ƏSGƏRİ!








Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr