Nazir iki rayona yeni polis rəisləri təyin etdi - FOTO

Siyasət 19-okt, 11:169 xeberler2022 198 0
Nazir iki rayona yeni polis rəisləri təyin etdi - FOTO


Daxili İşlər orqanlarında kadr dəyişiklikləri olub.

Unikal.org verdiyi məlumata görə, daxili işlər naziri, general-polkonik Vilayət Eyvazovun əmri ilə, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev vəzifəsindən azad edilərək, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə, Göyçay Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov vəzifəsindən azad edilib. O, Qazax Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Hələlik Göyçay Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat yoxdur.

 
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr