Azərbaycanda uşaqlara neçə doza vaksin vurulacaq? - AÇIQLAMA

Səhiyyə 08-okt, 15:009 xeberler2022 302 0
Azərbaycanda uşaqlara neçə doza vaksin vurulacaq? - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası 2-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə peyvənd vurulması ilə bağlı qərar qəbul edib.

Daha əvvəl də 16-18 yaşlı yeniyetmələrə koronavirus vaksinin vurulacağı açıqlanıb. Bir sıra xarici ölkələrdə uşaqlara 1, bəzi ölkələrdə isə 2 doza vaksin vurulur. Ölkəmizdə isə uşaqlara koronavirus əleyhinə neçə doza vaksin vurulacağı ilə bağlı məlumat verilməyib.

Səhiyyə Nazirliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanda uşaqların vaksinasiyası da böyüklərdəki kimi  aparılacaq. Yəni uşaqlara da 2 doza vaksin vurulacaq.

Nazirlikdən həmçinin bildirilib ki, təkcə paytaxtın rayonları üzrə yox, bütün ölkə üzrə uşaqların vaksinasiyası Bakı Sağlamlıq Mərkəzində keçiriləcək.

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığı əsasında baş tutacaq və proses könüllüdür.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr