Yoluxma artır, qapanmalar ola bilər (XƏBƏRDARLIQ)

Səhiyyə 11-avq, 11:489 xeberler2022 315 0
Yoluxma artır, qapanmalar ola bilər (XƏBƏRDARLIQ)


Yoluxma sayının artması koronavirus pandemiyasını yenidən alovlandıra bilər. Həkimlər pandemiyanın yeni dalğasının ola biləcəyini deyir. Bir çox qadağaların götürülməsi, kütləvi tədbirlərin keçirilməsi virusun yenidən alovlanmasına səbəb olur. Mütəxəsislər yoluxma sayının aşağı salınması üçün ilk növbədə vətəndaşları həssaslıqla gigiyenik qaydalara əməl etməyə və vaksinasiyaya çağırır.
"Xəzər TV" xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Sədrəddin Atakişizadənin sözlərinə görə, Azərbaycan vətəndaşları koronavirusun yeni ştamlarının region ölkələrində yayılmasını nəzərə alıb, daha ehtiyatlı olmalıdırlar. Xüsusilə yoluxma sayının artdığ bir vaxtda əsas köməkçi vasitə vaksinasiyadır. O deyib ki, vaksin olunan şəxslər əksər hallarda yoluxmanı çox zəif simptomlarla keçirir.

Həkim onu da bildirib ki, ötən aylara nisbətən reanimasiyada müalicə alan xəstələrin də sayı artıb. Hazırda reanimasiyada olan koronavirus xəstələri vaksin vurdurmayanlardır. Ağırlaşmalar yalnız vaksinasiyadan keçməyənlərdə baş verir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

<embed width="640" height="360" src="https://player.olke.az?v=1770&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr