Narkotik alveri edən daha 13 nəfər saxlanılıb

Kriminal 12-okt, 11:269 xeberler2022 196 0
Narkotik alveri edən daha 13 nəfər saxlanılıb


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 13 nəfər rayon sakini saxlanılıb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri - E. Nəsirov, C. Rzazadə, F. Hadıyev, X. Qubadov, C. Nəcəfov, Ş. Hüseynov, Ə. Əliyev, R. Musayev, İ. Həsənov, R. Bağırov, X. Qasımov, Ş. Əzimov və qardaşı F. Əzimov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr