DİN əməliyyat keçirdi: 27 kq narkotik götürüldü, 14 nəfər saxlanıldı

Kriminal 11-avq, 10:289 xeberler2022 332 0
DİN əməliyyat keçirdi: 27 kq narkotik götürüldü, 14 nəfər saxlanıldı


Polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar qətiyyətlə davam etdirilir.
Daxili İşlər Naziriyindən bildirilib ki, Baş Narkotiklərlə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində Bərdə rayonu ərazisində narkotik vasitələrin satışını həyata keçirən, həmçinin Bakı şəhərində digər qanunazidd əməllər törədən 5 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Aslan Fərəcov, Asəf Səmədzadə, Mahmud Nəzərov, Rəşad Salahov və Tapdıq Mehdiyev tutulublar. Onların üzərində şəxsi axtarış zamanı külli miqdarda heroin və 1 ədəd "Vincester” markalı ov silahı aşkar edilib. Həmçinin Asəf Səmədzadənin üzərindən və idarə etdiyi avtomobildən də əlavə olaraq ümümilikdə 70 qrama yaxın heroin və metamfetamin aşkar edilib.
 
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Füzuli rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilən külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb. Əməliyyat zamanı rayonun Böyük Bəhmənli kənd sakini Xalid Məmmədov saxlanılıb. Onun əlindəki bağlamadan və yaşadığı kəndin ərazisində gizlətdiyi yerdən ümumi çəkisi 5 kiloqramdan artıq heroin, marixuana və 1 kiloqrama yaxın metamfetamin aşkar edilib.
 
Baş İdarənin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Goranboy rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər də eyni əməllərə görə dəfələrlə məhkum olunmuş Tərtər rayon sakinləri Sabir Məmmədov, Dağlar Misirov və Elçin Məmmədov saxlanılıblar. Sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 10 kiloqram 450 qram olan marixuana aşkar edilib. Bu şəxslər ifadələrində marixuananı satmaq məqəsədi ilə əldə etdiklərini bildiriblər.
 
Baş İdarə əməkdaşlarının Yasamal rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə əvvələr məhkum olunmuş Əlimurad Abdurəhmanov narkotiklərin onlayn yolla qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 38 qram heroin,5 qram metamfetamin,narkotik vasitələrin satışı zamanı istifadə etdiyi 2 ədəd plastik kart aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Əlimurad Abdurəhmanovun yaşadığı evdən 2 kiloqram 725 qram heroin, 2 kiloqram 490 qram metamfetamin, 2 kiloqram 80 qram marixuana, 44 ədəd ekstazi həbi və 1 ədəd elektron tərəzi aşkar edilib.
 
Qeyd edək ki, Əlimurad Abdurəhmanov Bakı şəhərində onlayn yolla narkotik vasitələrin satışını təşkil edən şəxslərdən biri olub və o, ifadəsində etdiyi əməli etiraf edib.
Baş İdarənin əməkdaşlarının Binəqədi rayonunda həyata keçirdikləri əməliyyat zamanı Cəlilabad rayon sakini Elşad Əliyev saxlanılıb. Onun üzərindən və Binəqədi rayonunda yerləşən evindən isə ümümilikdə 1 kiloqram 180 qram heroin, metamfetamin və elektron tərəzi aşkar edilib.
 
Abşeron və Nəsimi rayonlarında həyata keçirilən digər əməliyyatlar zamanı da narkotik vasitələrin, xüsusən psixotrop maddə olan metamfetaminin satışını ilə məşğul olan 3 nəfər saxlanılıb. Xırdalan şəhərində baş tutan əməliyyat zamanı Novruz Baxşıyevdən ümumi çəkisi 1 kiloqram 775 qram olan metamfetamin və heroin aşkar olunub. Nəsimi rayonunda keçirilən əməliyyatlar zamanı isə Akif Süleymanov və Rasim Hüseynov saxlanılıblar. Bu şəxslərdən də psixotrop maddə olan metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.
 
Sonuncu əməliyyatlar zamanı ümumilikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 14 nəfər məsuliyyətə cəlb edilib və qanunsuz dövriyyədən 27 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Vətəndaşlara, xüsusən sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək bildiririk ki, narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı əllərində olan məlumatları polis əməkdaşları ilə bölüşməkdən çəkinməsinlər. Bunun üçün məlumatlı şəxslər Nazirliyin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki rəsmi ünvanlarına da müraciət edə bilərlər.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr