Tovuzda ağır qəza: Ölən və xəsarət alanlar var

Kriminal 05-okt, 10:429 xeberler2022 206 0
Tovuzda ağır qəza: Ölən və xəsarət alanlar var


Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Ölkə.Az" xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun girişində qeydə alınıb.

Anar Əyyubovun idarə etdiyi “Toyota Land Cruiser” və Yasin Səməndərovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Mercedes”də olan sərnişin, 1996-cı il təvəllüdlü Samir Cəfərov ölüb.

Bundan başqa,  hər iki avtomobilin sürücüləri, eləcə də “Toyota”da olan sərnişinlər - Sərxan Namazov, Famil Cəfərov və Muxtar Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr