"Ramka" ləqəbli şəxs saxlanıldı - FOTO

Kriminal 29-iyl, 10:399 xeberler2022 198 0
"Ramka" ləqəbli şəxs saxlanıldı - FOTO


Ağsu rayonunda "patı" istifadəçisi saxlanılıb.

Report xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 yaşlı Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş "Ramka" ləqəbi ilə tanınan Ziyadxanlı Raman Xəndan oğlu saxlanılıb.

O, Ağsu RPŞ-ə gətirilib və üzərinə keçrilən baxış zamanı əynində olan cins şalvarın cibindən siqaret kağızına bükülmüş təmiz çəkisi 1,7 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

İlkin dindirmə zamanı R.Ziyadxanlı əməlini səmimi etiraf edərək bu işdən peşman olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq işləri davam etdirilir.

Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr