Ronaldoya sərt tənqid: "Yuventus"u çətin vəziyyətdə qoydu"

İdman 04-sen, 13:289 xeberler2022 196 0
Ronaldoya sərt tənqid: "Yuventus"u çətin vəziyyətdə qoydu"


"Yuventus"un sabiq futbolçusu Alessio Takkinardi Turin klubundan ayrılaraq "Mançester Yunayted"ə keçən Kriştiano Ronaldonu tənqid edib.

Offsideplus xəbər verir ki,  o, bununla bağlı deyib: "Ronaldo fərqli şəkildə getməli idi. Alleqri "Empoli" ilə oyundan əvvəl komandaya təlimat verərkən Ronaldo şəxsi təyyarəsndə uçurdu. Azarkeşlərlə vidalaşacağı xüsusi bir mətbuat konfransı olacağını düşündüm. Onlar fərqli rəftara layiq idilər. Ronaldo "Yuventus"u çətin vəziyyətə saldı. Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış, onu əvəzləyəcək futbolçunun tapmaq çətin olanda komandanı tərk etdi".

Xatırladaq ki, Kriştiano Ronaldo "Mançester Yunayted" klubu ilə 2+1 illik müqavilə imzalayıb.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr