Xırdalandakı partlayışda mənzillərə dəymiş ziyan ödəniləcək - Sorğu keçirilir

Hadisə 09-iyn, 10:039 xeberler2022 199 0
Xırdalandakı partlayışda mənzillərə dəymiş ziyan ödəniləcək - Sorğu keçirilir


Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi təkliflər sorğusu üsulu ilə müsabiqə keçirir.

"Sorğu Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1b saylı ünvanda yerləşən 5 mərtəbəli, 4 bloklu yaşayış binasında partlayış nəticəsində mənzillərə dəymiş ziyanın aradan qaldırılması məqsədilə keçirilir.

Müsabiqədə iştirak etmək istəyənlər 14 iyun 11.00-a qədər Bakı şəhəri, Füzuli küçəsi, bina 69, 5-ci mərtəbə, 522-ci otağa müraciət edə bilərlər. Təkliflər sorğu 14 iyun saat 14:30-da keçiriləcək.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr