Bakıda baş verən dəhşətli qəzada yaralananlardan biri də öldü

Hadisə 20-okt, 12:239 xeberler2022 192 0
Bakıda baş verən dəhşətli qəzada yaralananlardan biri də öldü


Bakıda baş verən dəhşətli qəza zamanı yaralananlardan biri dünyasını dəyişib.

Oxu.az verdiyi məlumata görə, hadisədə ağır xəsarət alan 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz ayın 17-də müalicə aldığı xəstəxanada vəfat edib. 

Xəstəxanada müalicəsini davam etdirən digər pasiyentlərin vəziyyəti isə stabil olaraq qalır. 

Qeyd edək ki, oktyabrın 13-də səhər saatlarında Bakıda “Mercedes-Benz” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində beş nəfər ölmüş, 26 nəfər isə xəsarət almışdı.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr