DataLife Engine / Bakıda baş verən dəhşətli qəzada yaralananlardan biri də öldü

Bakıda baş verən dəhşətli qəzada yaralananlardan biri də öldü

Bakıda baş verən dəhşətli qəzada yaralananlardan biri də öldü


Bakıda baş verən dəhşətli qəza zamanı yaralananlardan biri dünyasını dəyişib.

Oxu.az verdiyi məlumata görə, hadisədə ağır xəsarət alan 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz ayın 17-də müalicə aldığı xəstəxanada vəfat edib. 

Xəstəxanada müalicəsini davam etdirən digər pasiyentlərin vəziyyəti isə stabil olaraq qalır. 

Qeyd edək ki, oktyabrın 13-də səhər saatlarında Bakıda “Mercedes-Benz” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində beş nəfər ölmüş, 26 nəfər isə xəsarət almışdı.
20-10-2021, 12:23
Вернуться назад