Polis idarəsinin qarşısında soyundular: Azərbaycanlı fotoqraf tutuldu - FOTOLAR
Rusiyanın Yeketerinburq şəhərində azərbaycanlı fotoqraf Aysel Əhmova həbs olunub.
Ölkə.Az xarici mətbuata istinadən xəbər verir ki, o, model Yelena Nikiforovskayanın polis idarəsinin qarşısında şalvarını endirərək poz verdiyi yerdə şəklini çəkərkən saxlanılıb. Onunla birgə model qadın da hərkətinə görə tutulub.
Hər iki şəxsin saxlanılmasına etiraz əlaməti olaraq gənc fəal Alina İvanova da şalvarını polis idarəsinin qarşısından aşağı endirib. Polis tərəfindən saxlanılan şəxs, məhkəmənin qərarı ilə barəsində 5 sutkalıq həbs cəzası verilib.
Məlumata görə, Aysel Əhmədova və Yelena Nikiforovskaya xırda xuliqanlıq maddəsi ilə ittiham olunub. Onlar ayrı-ayrılıqda 2-3 gün müddətinə inzibati qaydada həbs edilib.