Nazir Ramiz Zeynalovun bacısı oğlunu İŞDƏN ÇIXARDI

Siyasət 08-okt, 10:289 xeberler2022 316 0
Nazir Ramiz Zeynalovun bacısı oğlunu İŞDƏN ÇIXARDI


Tovuz rayonunda yerləşən 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi Xəqani Əsgərov vəzifəsindən azad edilib.
"Unikal.org məlumatına görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, X.Əsgərov təqaüdə göndərilib.

Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Vüqar Orucov təyinat alıb. Qeyd edək ki, V.Orucov bu təyinatadək Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Xəqani Əsgərov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr