Eldar Yunusov: Dövlətimiz uşaq bağçalarına xüsusi diqqət yetirir

Gündəm / Cəmiyyət 05-okt, 10:339 nara 368 0

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov - Respublikamızda təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir, xüsusi dövlət proqramları həyata keçirilir. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər yerinə yetirilir.

Dövlətimiz uşaq bağçalarına xüsusi diqqət yetirir. İri şəhərlər daxil olmaqla, Azərbaycanımızın bir çox rayonlarında müasir standartlara cavab verən bağçalar tikilib istifadəyə verilmişdir. Müasir bağçalar köhnə bağçalardan tamamilə fərqlənir. Bu bağçalarda uşaqlar üçün hər cür şərait yaradılıb.

Bu gün ölkəmiz ümummilli lider H.Əliyevin əsasını qoyduğu müdrik, uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf etməkdədir. Bu yolun layiqli davamçısı cənab prezidentimiz İ.Əliyevin uğurlu, daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Ölkəmizdə cənab prezidentimizin tapşırığı altında aparılan quruculuq işləri istənilən sahədə özünü doğrultmuşdur. O cümlədən ictimai rəyə əsaslanaraq desək, uşaq bağçalarına olan diqqət və qayğı daima ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın nəzarətindən yayınmır.

27 sentyabr tarixində baş vermiş hadisələr Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərdi. Bu isə ermənilərin məkrli siyasətinin növbəti göstəricisidir. Hadisələrin gedişatı onu göstərir ki, Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatı planlaşdırılmış təxribatdır. Bu səbəbdən də biz bütün ehtimal olunan ssenarilərə hazır olmalıyıq. Ermənistan işğalçılıq siyasətindən əl çəkmir.
27 sentyabr tarixli təxribat xarakterli hadisələr onu göstərdi ki, Ermənistan hakimiyyətinin əsas hədəfi Azərbaycan cəmiyyətində panika və təşviş yaratmaqdır. Hadisələrin gedişatı ilə bağlı xalqın daim məlumatlandırılmasına dair ölkə başçısı tərəfindən verilən tapşırıq hökumətin hər zaman olduğu kimi, bu gün də xalqa arxalandığını göstərir. Dağlıq Qarabağ mübarizəsi və savaşı Azərbaycan xalqının ümumxalq mübarizəsidir. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir.
Xalqın haqq tələbi, müharibəyə hazırlıq dərəcəsi və dövlətə inamı ruh yüksəkliyinin səbəbidir. Nümayiş olunan ruh yüksəkliyi qələbənin zəminidir. Orduya könüllü kimi yazılanların sayının dayanmadan artması vətənpərvərliklə yanaşı, orduya olan inamdan irəli gəlir. Ölkəmizdə orduya inam, əsgərlərə güvən hissi bu gün daha qabarıq şəkildə özünü büruzə verir.
Ölkə başçısı tərəfindən ordu quruculuğuna ayrılan diqqət ölkəmizin hərbi gücünün dəstəklənməsi məsələsi reallaşan dövlət siyasətinin əsas prioritetlərdən olduğunu göstərir. Bu gün Azərbaycan həm güclü dövlətə, həm də güclü orduya malikdir.
27 sentyabr tarixli hadisələr bir daha onu göstərdi ki, Ermənistan işğalçıdır. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatlarını həyata keçirib. 27 sentyabr tarixində Azərbaycana qarşı yönəlmiş təxribatlar və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur” fikri erməni işğalçı siyasətini bir daha ifşa edir.
27 sentyabr tarixində milli ordumuzun əks-əməliyyatları nəticəsində 7 yaşayış məntəqənin və 2 hündürlüyünün işğaldan azad olunması Azərbaycan xalqının böyük qələbəyə daha da yaxınlaşdığını göstərdi. Tam əminliklə inanırıq ki, bu qələbə tezliklə bizi Şuşaya yaxınlaşdıran qələbə olacaqdır.

İşğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaq və status kvonu saxlamaq üçün təxribatlara əl atır. Terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində demoqrafik vəziyyəti süni şəkildə dəyişməyə cəhd göstərməsi isə beynəlxalq müharibə cinayətidir. Ermənistan bu davranışı ilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində bütün imkanların üzərindən xətt çəkir: “Ermənistan bilərəkdən danışıqlar prosesindən imtina edir və regionda gərginliyi artırmağa çalışır. Dünya ictimaiyyəti, bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini pislədiyi halda indiyə qədər Ermənistan öz təxribatçı əməllərindən geri çəkilmir. Ermənistanın işğalçı olduğunu təsdiq edən kifayət qədər beynəlxalq sənəd var. BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların erməni işğalı ilə bağlı qəbul etdiyi qətnamələr və sənədlər hər kəsə yaxşı məlumdur. Lakin Ermənistan bu sənədlərin heç birinə məhəl qoymur və öz qanunsuz əməllərini davam etdirir. Təəssüfləndirici amil isə ondan ibarətdir ki, Ermənistana qarşı həmin beynəlxalq təşkilatlar, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupu heç bir təzyiq göstərmir. Ermənistan isə bu cəzasızlıqdan ilham alaraq növbəti cinayətlərə, qanunsuzluqlara və təxribatlara əl atır. Bütün bunlar onu göstərir ki, Ermənistan növbəti təxribatlara və müharibəyə hazırlaşır. Dövlətimizin başçısı İlham Əliyev yerli televiziyalara müsahibəsində bu məsələni də qeyd edərək Ermənistana layiqli cavab veriləcəyini vurğuladı. Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycan mütləq öz torpaqlarını işğaldan azad edəcək. Dövlətimizin başçısı qeyd edib ki, Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq.Bütün dağıdılmış tarixi abidələri, dağıdılmış evləri bərpa edəcəyik”.

Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin mesajından nəticə çıxarmalıdır: Bu gün beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, əzəli torpaqlarını işğalçılardan təmizləmək Azərbaycanın qanuni haqqıdır. Həmçinin, Azərbaycanın güclü ordusu hər zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunu həm Aprel döyüşləri, həm Günnüt əməliyyatı, həm də Tovuz istiqamətində gedən döyüşlər bir daha təsdiqləyir. Azərbaycan heç zaman torpaqlarının işğal altında qalmasına razı olmayacq. Torpaqlarımız Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində işğaldan azad ediləcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr