İlham Əliyevin Bakıdan Qarabağla bağlı dünyaya verdiyi mesajlar - TƏHLİL

Gündəm / Siyasət 23-iyl, 13:309 xeberler2022 308 0
İlham Əliyevin Bakıdan Qarabağla bağlı dünyaya verdiyi mesajlar - TƏHLİL


“Prezident İlham Əliyev Moskva səfərindən sonra Qarabağla bağlı Bakının mövqeyini təzələdi və bütün tərəflərə - ABŞ, Fransa, Avropa İttifaqı, Rusiya, İran və ermənilərə - mesajlar verdi”.

Bunu siyasi şərhçi Asif Nərimanlı Prezident İlham Əliyevin Rusiyaya səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, İ.Əliyev iki ölkənin adını çəkərək, ünvanlı mesaj ötürdü:

“ABŞ və Fransaya açıq şəkildə bildirdi ki, Qarabağda ermənilərə status verilməyəcək, "Dağlıq Qarabağ” ifadəsi yoxdur və münaqişə bitib. Bu, ABŞ Dövlət katibi Blinkenin və Fransanın Ermənistandakı səfirinin Paşinyanla görüşdə dediklərinə cavabdır.

İ.Əliyev hər iki ölkənin adını çəkərək, ünvanlı mesaj ötürdü və 7 iyul Fərmanını xatırlatmaqla, məsələni rəsmi şəkildə həll etdiyini vurğuladı.O, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin "Dağlıq Qarabağ” və "status” ifadəsini işlətməməsini alqışladı, lakin əlavə etdi ki, Mişelin sərhəd məsələsini "mübahisəli ərazi” adlandırması qəbuledilməzdir: bu, Avropa İttifaqının sərhədlərin delimitasiyası prosesində vasitəçilik təklifindən diplomatik şəkildə imtina edilməsi kimi qəbul edilə bilər”.
Ekspertin fikrincə, İlham Əliyevin Vladimir Putinlə görüşdən sonra səsləndirdiyi bu fikirlər iki ehtimalı gücləndirir:

“1. Prezident İlham Əliyev Qərbin "status” üzərindən Rusiyanın vasitəçiliyinə risklər yaratdığı tezisini Putinlə müzakirə edib və Moskva danışıqlarında münaqişənin bitdiyi mövqeyini yenidən gücləndirib: Bakıya qayıdan kimi ABŞ və Fransaya açıq mətnlə münaqişənin həllində əsas vasitəçi olan digər həmsədr ölkənin - Rusiyanın da eyni mövqeyi paylaşdığı mesajını verir;2. Moskvada Rusiyanın vasitəçiliyi ilə sərhədlərin delimitasiyası və yeni sərhəd müqaviləsinin imzalanması haqda razılaşma əldə olunub.
Hərçənd, Prezidentin Rusiyaya da ünvanladığı mesajlar var və bu, Moskvada qapalı danışıqlara dair müəyyən təsəvvürlərin yaranmasına imkan verir.
İlham Əliyev bildirir: Qarabağda cəmi 25 min adam yaşayır, 50 mindən çox adamın qayıtdığı məlumatı həqiqəti əks etdirmir; Azərbayan peyk vasitəsilə gündəlik monitorinq aparır: Xankəndidə və Laçın dəhlizində nə baş verdiyini yaxşı bilir;

- Bakı Rusiyanın Qarabağa qayıdan ermənilərin sayı (52,700) ilə bağlı məlumatının yalan olduğunu bəyan edir;
- Bakı rus sülhməramlılarının nəzarət etdikləri ərazilərdə missiyasına uyğun fəaliyyət göstərmədiyini, Laçın dəhlizindən qanunsuz şəkildə xarici avtomobilləri buraxdığının mesajını verir”.
A.Nərimanlının yazdığına görə, mümkündür ki, Moskva danışıqlarında Əliyevlə Putinin sülhməramlıların fəaliyyəti və ermənilərin sayı haqqında açıqlanan rəqəmlə bağlı fikir ayrılığı olub:

“Və ölkə başçısı Bakıdan Putinə mesajlarını ötürür:
Birincisi, Qarabağa ondan daha yaxındır və bölgədə nə baş verdiyini bilmək imkanları genişdir; İkincisi, rus sülhməramlılarının fəaliyyəti Bakını qane etmir;
Üçünüsü, Rusiyanın siyasi və hərbi bürokratiyası Putinə bölgədəki vəziyyətlə bağlı real məlumatlar vermir: rus sülhməramlı kontigentinin rəhbərliyinin ermənilərin sayını şişirtməklə maxinasiyalara yol verdiyi istisna deyil, misal üçün, 50 min adama gündəlik verilən qidanın, yaxud bu yaxınlarda Qarabağa göndərilən 100 min vaksinin "yeyilməsi” ehtimalları var;
Prezidentin "bəzi hallarda maşınlara erməni nömrələri yapışdırılır” sözləri Laçın dəhlizindən erməni nömrələri ilə keçərək, Xankəndinə yük daşıyan İrana ünvanlanıb və Bakı Tehrana da "hər şeydən xəbərdaram” mesajını verir”.
Ekspert söyləyib ki, ən vacib məqam İlham Əliyevin Qarabağdakı erməni vətəndaşlarla bağlı dedikləri idi:
“Prezident bildirdi ki, "xunta başçıları ermənilərə imkan verərsə, onlar böyük məmnuniyyətlə Azərbaycan vətəndaşları kimi də yaşayacaqlar, çalışacaqlar, gələcəklər, gedəcəklər, o cümlədən iş dalınca gələcəklər, Ağdama da gələcəklər, Füzuliyə də, hələ bizdən xahiş edəcəklər”.

Bu, Bakının "erməni vətəndaşlarını xilas etmək” planının anonsu hesab oluna bilər: bunun sərhədlərin delimitasiyası prosesindən sonra separatçı rejimin ləğvi üçün istifadə olunacaq strategiyalardan biri olacağı istisna deyil”.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr