Ermənistanda hərbçi özünü güllələdi
Daha bir erməni hərbçi özünü öldürüb.
“Ölkə.Az” erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirilyi məlumat yayıb.
Hadisə 13 sentyabr gecə saat 22:00 radələrində baş verib. Ermənistanın cənub-şərq bölgəsindəki hərbi hissələrin birində 1978-ci il təvəllüdlü ehtiyatda olan çavuş Mkrtiç Ovakimyan aldığı güllə yarasından ölüb.
İlkin məlumatlara görə, hərbçi döyüş növbətçiliyinin təşkili qaydalarının pozulması nəticəsində ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.