Pentaqon: "ABŞ, Rusiya və Çin arasındakı müharibə planet üçün qorxunc olar"

Dünya 14-sen, 11:399 xeberler2022 307 0
Pentaqon: "ABŞ, Rusiya və Çin arasındakı müharibə planet üçün qorxunc olar"


“ABŞ heç vaxt Rusiya və Çinlə müharibəyə başlamayacaq, çünki bütün dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq”.

“Ölkə.Az” xarici mətbuata istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin sədrinin müavini, general Con Hayten  çıxış edib. 

Hələ soyuq müharibə dövründə nüvə silahına malik dünyanın iki nəhəng gücləri olan ABŞ-la SSRİ müharibə etmədiyini xatırladan amerikalı genaral əlavə edib ki, bu gün də dünyanın böyük dövlətlərindən olan Çin və Rusiya ilə müharibə etmək niyyətimiz yoxdur: “Çünki bu müharibə planet və ölkələrimiz  üçün qorxunc olacaq. Dünyanı məhv edər. Qlobal iqtisadiyyatı məhv edəcək. Hər kəs üçün pis olacaq, buna görə də bu yoldan getmədiyimizə əmin olmalıyıq”.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr