Ermənistan səhiyyəsi süqutunu yaşayır, yaralı hərbçilər xəstəxanalarda ölür

Dünya 01-okt, 13:419 nara 360 0
Ermənistan səhiyyəsi süqutunu yaşayır, yaralı hərbçilər xəstəxanalarda ölür


Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarından sonra məhv edilən, yaralanan erməni silahlılarının sayı durmadan artır. Azərbaycan əsgəri cəbhə xəttində davam edən döyüşlərdə açdığı sərrast atəşlə düşmən hərbçilərini sıradan çıxarır. Ermənistan hökuməti hazırda itkilərinin sayını gizlətsə də, bir neçə gün əvvəl yaralı hərbçi çoxluğundan ölkənin xəstəxanalarında xəstə qəbulu dayandırılıb. Çünki Ermənistanın səhiyyə ocaqları eyni anda yaralı hərbçilərlə, mülki vətəndaşları qəbul etmək iqtidarında deyil. Elə təkcə bu fakt Ermənistan səhiyyəsinin əsl mahiyyətini üzə çıxarır.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev "Report"a açıqlamasında deyib ki, Ermənistanda hazırda səhiyyənin süqutunun yaşandığı hər kəsə məlumdur:

"Bunu bir çox rəsmi statistikalar da sübut edir. Bu məqamda rəsmi statistikalara əsaslanaraq bugünkü Vətən müharibəsində diqqəti vacib olan digər məsələlərə yönəltmək istəyirəm".

N.Abdullayev rəsmi statistikalara əsasən Ermənistanda 1000 nəfərə düşən həkim sayının Azərbaycandakı həkim sayından dəfələrlə az olduğunu vurğulayıb:

"Ermənistanda ümumi tibbi xidmətin səviyyəsinin də aşağı olduğunu nəzərə alsaq, orada həkim sayının daha az olması müharibə şəraitində onlara çox ciddi problem yaradır. Bundan əlavə, rəsmi statistikalar 1000 nəfərə düşən tibbi personalın və çarpayının da Azərbaycana nisbətən Ermənistanda dəfələrlə aşağı olduğunu sübut edir. Bu da onlarda hər hansı tibbi xidmətləri, məsələn cərrahi əməliyyatları həyata keçirmək üçün imkanlarının, şəraitlərinin də olmamasını üzə çıxarır. Beləliklə, bu, onun göstəricisidir ki, Ermənistanın tibbi xidmət səviyyəsi 0-a yaxınlaşır".

"Rəsmi statistik göstəricilərə əsasən, düzgün qənaətə gəlmək olur ki, Ermənistan bu müharibəni təkcə hüquqi müstəvidə deyil, eləcə də hərbçilərinə düzgün tibbi xidmət göstərə bilməyərək ağır və çox saylı  itkilərlə uduzur", - N.Abdullayev əlavə edib.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr