Qalib xalq və müzəffər ölkə kimi işğaldan azad etdiyimiz torpaqlarımızda əbədi yaşayacağıq

Cəmiyyət 07-okt, 11:359 xeberler2022 304 0
Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını- torpaqlarımızın azad olunması ilə yekunlaşan Vətən müharibəsinin birinci ildönümünü yaşayır. Oktyabrın 4-ü Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 1-ci ildönümüdür. 28 il davam edən işğaldan sonra, nəhayət, rəşadətli Azərbaycan ordusu ötən ilin oktyabr ayının 4-də Cəbrayılı işğaldan azad etdi. 2020-ci il oktyabr ayının 18-də – Azərbaycan Respublikasının Müstəqillik Günündə isə igid əsgərlərimiz Xudafərin körpüsü üzərində bayrağımızı ucaltdılar. Qədim dövrlərdən bir çox tarixi hadisələrə, müharibələrə, işğallara şahid olan Xudafərin körpüsü 2020-ci ildə Azərbaycan ordusunun möhtəşəm Qələbəsinə şahidlik etdi. 44 günlük Vətən müharibəsinin Azərbaycanın böyük Qələbəsi ilə başa çatmasından cəmi 6 gün sonra – ötən il noyabrın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Füzuli və Cəbrayıla səfər zamanı Xudafərin körpüsündə də olub, bu abidənin vəziyyəti ilə yaxından tanış olublar. Prezident İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması, bu tarixi abidənin yenidən əsl sahiblərinə qayıtması bütün Azərbaycan xalqına böyük fəxarət hissi yaşatdı. Cəbrayıl ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşmən işğalından azad edilməsinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının tarixi və siyasi əhəmiyyəti olduqca böyükdür. Çünki Xudafərin körpüsü milli birlik simvolumuz olmaqla bərabər, həm də türkün tarixi zəfərlərinə şahidlik rəmzi hesab olunur. Otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susdu və münaqişəni həll etmədi. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü demədi, ermənilərin xeyirinə olan status-kovunun mümkün qədər uzun müddət davam etməsinə çalışdılar. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı- BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. 27 il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış etdi. Əvəzində, təcavüzkarın tamahı daha da böyüdü, yeni torpaqları işğal etmək iddiasına düşdü və Azərbaycana hücum etdi. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzində işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Bununla həm Azərbaycan özünün konstisiyasının tələbindən irəli gələn məsələni həll etmiş oldu, həm də BMT TŞ-nın kağız üzərinə qalan qətnamələrinin həyata keçməsinə nail ola bildi. Doğma torpaqlarımızı azad etməklə ordumuz şərəfli tarix yazdı. Müharibə başlayandan bir həftə sonra Cəbrayılın azad edilməsi işğalçı Ermənistan ordusunun ilk, ən ciddi və böyük miqyaslı zərbə alması oldu. Nəticədə düşmən ordusunda çox böyük ruh düşkünlüyü, inamsızlıq yarandı: “Düşmən 27 il ərzində Cəbrayıl ərazisində çox güclü müdafiə səddləri, səngərlər və bunkerlər inşa etmişdi. Amma Azərbaycan ordusu öz peşəklarlığını nümayiş etdirdi. Cəbrayıl rayonun azad edilməsi Ermənistan ordusunda çox ciddi sarsıntıya, ruh düşkünlüyünə gətirib çıxardı. Cəbrayılın azad edilməsi sonrakı rayonlarımızın azad edilməsində də ciddi təsirini göstərdi”. Vətən Müharibəsi vaxtı olduğu kimi postmüharibə dönəmində də xalqımız öz tarixinin şərəfli, qürurlu bir sözlə, unudulmaz günlərini yaşayır. Doğma torpaqlarımıza qayıdış xalqımızın şərəf tarixinin qızıl səhifələrindəndir. Azərbaycan xalqı qədim, mədəni, xeyirxah, dövlətlər quran, zəfərlər çalan xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar, hadisələr, qələbələr olub. Onların hamısı bizimçün əzizdir, doğmadır. Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Cəbrayıl Vətən müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən azad edilən ilk şəhər idi. Dövlət başçısı məhz buna görə Cəbrayıl şəhərinin azad edilməsinin həm də rəmzi baxımdan Azərbaycan üçün vacib olduğunu söyləmişdir. Torpaqlarımızın xilaskarı kimi adını tarixə yazan dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, bundan sonra qalib xalq və müzəffər ölkə kimi işğaldan azad etdiyimiz torpaqlarımızda əbədi yaşayacağıq. Rasim Abıyev, Salyan rayon Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr