Ermənilər bayraqlarını səhv salaraq, özlərini BİABIR ETDİLƏR - FOTO

Dünya 06-okt, 14:009 nara 261 0
Ermənilər bayraqlarını səhv salaraq, özlərini BİABIR ETDİLƏR - FOTO


Ermənilər öz bayraqlarını Kolumbiyanınkı ilə səhv salaraq, bütün dünyada özlərini biabır ediblər.
Belə ki, məşhur ispaniyalı aktrisa və model Penelopa Kruz rol aldığı yeni “355” filminin üz qabığının şəklini özünün “Instagram” hesabında yayımlayıb. Əsas fotoda Penelopa Kolumbiya bayrağının qarşısında dayanır.

Erməni sosial media istifadəçiləri isə bayrağı səhv salaraq aktrisanın Qarabağdakı döyüşlərlə əlaqədar Ermənistana dəstək mesajı göndərdiyini düşünüblər və şəklin altında heyranlıq dolu şərhlər dərc etməyə başlayıblar.

Belə görünür ki, bəzi ermənilər nəinki ölkələrinin tarixini bilmirlər, hətta öz bayraqlarını belə tanımırlar. Aktrisanın azərbaycanlı abunəçiləri ermənilərə səhvlərini göstəriblər.

Penelopa Kruzun rol aldığı “355” filminə gəldikdə isə burada beş qadının güclü silahlara sahib qlobal təşkilata qarşı mübarizəsindən bəhs olunur. Filmin qəhrəmanları “355” kod adlı bir qrup yaradaraq dünyanı tam xaosa qərq olmaqdan qurtarmağa çalışırlar. Filmdə baş rolları Sebastyan Stan, Sessika Çesteyn, Lupita Nionqo, Dayan Kruger, Penelopa Kruz oynayırlar.

Filmin 2021-ci ildə ekranlara verilməsi planlaşdırılır.






Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr