Sənaye Parkında yeni şirkət qeydiyyata alındı: 40 iş yeri açılacaq
Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Azeka BM” MMC qeydiyyata alınıb.
"Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub.
“Azeka BM” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində Çin və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə boya sənayesində və məişətdə istifadə olunan bir çox məhsulların istehsalı zamanı xammal olaraq kimi istifadə edilən üyüdülmüş kalsit (kalsium karbonat) istehsal edəcək zavod inşa olunacaq. Layihənin investisiya dəyəri təqribən 7 mln. manatdır.
İllik istehsal gücü 36 min ton təşkil edəcək müəssisədə 40 daimi iş yeri yaradılacaq.
Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.