Missiyamız — İnsanlara gündəlik həyatda rahatlıq təmin edən, tərz və zövqlərinə uyğun mebel təqdim etməkdir

Gündəm / Cəmiyyət 24-okt, 10:299 nara 332 0

Embawood şirkətinin istehsal etdiyi məhsullar Avropa standartlarının (EN) E1ekoloji keyfiyyət normasına tam uyğundur. Yumşaq mebellərdə istifadə edilən parçalar antistatik və antibakterial olmaqla Oeko-Tex Standart 100 standartı, Klass 1 üzrə sertifikatlaşdırılmışdır. Həmçinin, şirkətdə tətbiq edilən idarəetmə standartları 2004-cü ildən etibarən İSO 9001:2008 “Beynəlxalq Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə və İSO 9001 “Dizayn, İstehsalat və Satış” üzrə sertifikatlaşdırılmışdır.  Beynəlxalq sertifikatlarla yanaşı Embawood məhsulları AZS Milli Sertifikatlaşdırma Sisteminin 6 bəndi üzrə uyğunluq sertifikatı almışdır. 6-9 mart 2011, Ukraynanın Kiyev şəhərində keçirilmiş beynəlxalq mebel sərgisində dizayn üzrə birinci yerə layiq görülmüşdür.
İstehsal etdiyimiz mebellərin həqiqətən də qoyulmuş beynəlxalq və yerli standartlara uyğun olub-olmamağını yoxlamaq üçün isə 2009-cu ildən Şirkətimiz istifadəsində olan Keyfiyyət sınaq laboratoriyasını yeniləmiş, müasir avadanlıqlarla təmin etmişdir.  
Məhsullarımızı istehsal edərkən nəticədə son istehlakçıya təqdim etmək istədiyimiz sadəcə mebel deyil. Mebellə birlikdə biz onlara Mükəmməllik, Funksionallıq, Rahatlıq, Erqonomiklik və Gözəllik təqdim edirik. Bu beş dəyər fəaliyyətimizin və təqdim etdiyimiz keyfiyyətin təməl daşlarıdır. Xammal alışından başlayaraq mebelin müştərinin evində qurulmasına qədər hər bir mərhələ bu dəyərlər əsasında qurulmuşdur. Məhz belə yanaşma adi bir mebel dəstini müştərinin ömür boyu etibar edəcəyi mebel dəstinə çevirir.


Missiyamız — İnsanlara gündəlik həyatda rahatlıq təmin edən, tərz və zövqlərinə uyğun mebel təqdim etməkdir.
Biz insanlara inam və əminlik veririk, onların həyatını daha rahat və zövqlü edirik, onların məqsəd və arzularını reallaşdırırıq. Biz dünyanın ən yaxşı şirkətlərindən birini qururuq. Bizim müvəffəqiyyətimiz əməkdaşlarımızın professionallığı və xoşbəxtliyinə əsaslanır . Bizim missiya fəaliyyət gostərdiyimiz hər bir ölkənin iqtisadiyyatında önəmli yer tutaraq, cəmiyyətdə inamı, etibarı və stabilliyi saxlamaqdır.  Bir təşkilat kimi müştərilərimiz və onların tələbatı fəaliyyətimizin əsasıdır.

Dəyərlərimiz:
 
  • - Vicdanlılıq;
  • - Ənənələrə hörmət etmək və təkmilləşmək;
  • - İnam və məsuliyyətlilik;
  • - Məntiqlilik və peşəkarlıq;
  • - Təşəbbüskarlıq və kreativlik;
  • - Komanda işi və nəticəlilik;
  • - Açıqlıq və xeyirxahlıq;
  • - Sağlam həyat tərzi (bədən, ruh və idrak).
Biz inanırıq ki, hər bir insanın həyatının əsası, xoşbəxt olmaq arzusudur. Komandamızın xoşbəxtliyi özünü təkmilləşdirmədə görən insanlardan ibarətdir.  İnkişaf etdikcə,  yeni yüksəkliklər əldə etdikcə qalibiyyət və fəxr hissi keçiririk! Bizim özümüz dəyişəndə bizim ətrafımızdakı aləm də dəyişir və daha gözəl olur. Bu baxış bizə azadlıq, özünə və gələcəyə inam hissi bəxş edir. Çünki şirkətin inkişafı, dəyişməsi və önə getməsi əməkdaşlarının fərdi inkişafı və dəyişməsi ilə baş verir.

Adətən mebel alışlarında insanlar mebelden onun əsas təyinatından başqa heç bir artıq funksiya gözləmirlər. Yəni dolab paltar asmaq üçündürsə, çarpayı da yatmaq üçündür. Lakin, bizim dizaynerlər komandası mebelin istehlakçılara maksimum rahat olmağı üçün əlavə funksiyaların da qoyulmasını zəruri hesab edərək bir çox modellərdə bu fikri tətbiq etdilər. Belə ki, gecə vaxtı paltar seçmək istəyənlər, işığı yandırmadan dolabın qapısını açdıqda asılqanların üzərinə qurulmuş fotoelementli işıqlandırma sistemi avtomatik işə düşür və dolabın içi işıqlandırılır. Əlavə olaraq, dolabların içində hər geyim növü üçün ayrıca bölmə qoyulmuşdur. Şalvarlar, köynəklər, aksessuarlar: hər biri öz yerində. Beləliklə, dolab daha nizamlı olmaqla, geyim axtarmağa daha az vaxt sərf olunur. Qadınların trümo qarşısında rahat bəzənməsi güzgüyə ayrıca işıqlandırma sistemi qoyulmuşdur. Yaxud da, yenə gecə vaxtı otaqdan çıxıb su içmək istəyənlər üçün çarpayının perimetri üzrə də sensorlu işıqlandırma sistemi qoyulmuşdur. Kitab oxuyanlar üçün isə ayrıca bir funksiya vardır. Belə ki, çarpayı başlığının sağ və sol tərəfinə kiçik lampalar qoyulmuşdur. Balaca və dar otaqları nəzərə alaraq əksər yataq dəstlərin dolabları iki şəkildə hazırlanmışdır: standart qapılı və kupe dolablar.
Bu prinsiplər yumşaq mebel üçün də əsas olaraq götürülmüşdür. Daha işlək və rahat mexanizmlərdən istifadə etməyə başlamışıq. Divanı açıb yataq yeri düzəltmək üçün artıq heç kimin köməyinə ehtiyac qalmadan, yüngül bir əl hərəkəti ilə mexanizmi işə salmaq mümkün olacaqdır. Gələcəyə isə xanımların işini daha da rahatlaşdırmaq üçün divanın oturacaq və söykənəcəklərin altı döşək olacaqdır. Bir əl hərəkəti ilə divan əsl çarpayıya dönür.
Italyan, Rus və Türk dizaynerlərin modelləri məhsul portfelinə əlavə ediləcək. Eyni zamanda modellər üzərində təbii ağac elementlərindən istifadə ediləcək. Mebellər şpon materialdan istifadə ediləcək.
Bu prinsipləri mağazalarımızda da qoruyuruq. Şirkətimizin daha bir yeniliyi müştərinin mağazada təkcə mebel deyil, həm də interyeri tamamlamaq üçün mebelə uyğun masa, stul və xalça ala biləcəkdir. Beləliklə mağazada biz artıq mebel deyil, konsept təqdim edirik.


İlk fabrikini Azərbaycanda qurmuş şirkətimiz bu gün dünyanın 4 ölkəsində cəmi 7 fabrikə malikdir. Fabriklərdə istehsal olunan məhsullar Orta Asiya, Cənubi Qafqaz, Şərqi Avropa ölkələrinə ixrac edilir.
  • Masallı Mebel Fabriki: seriyalı kürsülü ev mebeli istehsal sahəsi; seriyalı yumşaq mebel istehsal sahəsi, yaylı döşək istehsal sahəsi, melamin lövhə istehsal sahəsi, MDF profil istehsal sahəsi.
  • Xırdalan Mebel Fabriki: seriyalı kürsülü ev mebeli istehsal sahəsi; seriyalı kürsülü ofis mebeli istehsal sahəsi, özəl sifarişlə kürsülü ofis mebeli istehsal sahəsi, laklı fasad istehsal sahəsi, PVC fasad istehsal sahəsi
  • Sumqayıt Mebel Hissələri Fabriki: melamin lövhə istehsal sahəsi; arxalıq istehsal sahəsi, light board istehsal sahəsi
  • Tbilisi Mebel Fabriki: seriyalı kürsülü ev mebeli istehsal sahəsi; seriyalı yumşaq mebel istehsal sahəsi, PVC fasad istehsal sahəsi, direct forming fasad istehsal sahəsi
  • Qardabani Mebel Hissələri Fabriki: melamin lövhə istehsal sahəsi
  • Sambor Mebel Fabriki: seriyalı kürsülü ev mebeli istehsalı, laklı fasad istehsal sahəsi
Bu period ərzində şirkətin tarixində baş vermiş əhəmiyyətli hadisələr:
1996-cı il  — Masallıda istehsalın qurulması;
2000-ci il —  Xırdalanda ikinci fabrikin açılması;
2000-ci il  — Ev mebeli ilə yanaşı İdeal Dizayn adlı ofis mebeli brendinin açılması;
2002-ci il — Embawood brendinin bazara çıxarılması;
2004-cü il — İSO 9001:2000 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikatın alınması;
2005-ci il — Regional anbarların qurulması;
2006- cı il - Tiflis şəhərində daha bir fabrikin açılması,
2010-cu il-  Ukraynanın qərbində, Samborda fabrik açıldı
2007-ci il — İlk mağazanın açılması, pərakəndə satışın əsasının qoyulması;
2008-ci il — Xarici bazarlarda bazar payının götürülməsi;
2009-cu il — MDB məkanında ilk EN standartları ilə fəaliyyət göstərən Keyfiyyət sınaq laboratoriyasının qurulması;
2010-cu il — İkinci ev mebeli brendi - Madeyranın, döşək brendi - Dolce Nochenin bazara çıxarılması
2011- ci il  Embawood brendi rebranding etdi
2014 – ci il  Qazaxıstan mebel fabrikinin açılması
2015- ci il OHSAS 18001 .2007 Ətraf mühit və təhlükəsizlik üzrə sertifikatın alınması
2015- ci il İSO 14001 ..2004 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikatın alınması;
2015 – ci il Memarlıq və İnşaat üniveristeti ilə Embawood şirkəti arasında Memorandum imzalanması
2016- cı il  Şirkət daxilində Müşahidə Şurasının Yaradılması. Şirkətin CEO tərəfində idarə edilməsi.
2017 – ci il Memarlıq və İnşaat üniversitetində Embawood emalatxanasının qurulması
2017 – ci il Şirkət təsisçisi Elşad Abbasovun Tərəqqi medalı ilə təltif edilməsi.


Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr