Bakıda yürüşlərlə əlaqədar bağlanan yollar açıldı

Cəmiyyət 15-sen, 11:359 xeberler2022 198 0
Bakıda yürüşlərlə əlaqədar bağlanan yollar açıldı


15 sentyabr 2021-ci il tarixində saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında yürüşlər ilə əlaqədar olaraq bağlanan yollar açılıb. 

Bunu oxu.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. 

O bildirib ki, birinci marşrut Şəhidlər xiyabanı - Türk Şəhidləri abidəsinin önü - “İçərişəhər” metrosu - İqtisadiyyat Universitetinin binası - Qala Qapısı – “AzNeft” dairəsi - Bəhram Gur heykəlinə qədər, ikinci marşrut  S.Vurğun bağı - 28 may küçəsi - Bülbül prospekti - Neftçilər prospekti - Azadlıq meydanı istiqamətində olan yürüşlə əlaqədar bağlanan yollarda hərəkət tam bərpa olunub: 

“Bütün istiqamətlər üzrə nəqliyyat vasitələri sərbəst hərəkət edə bilər”.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr