Zəngilanda “Ağıllı Kənd”in tikintisi üçün ayrılan vəsait açıqlandı

Cəmiyyət 09-sen, 15:009 xeberler2022 297 0
Zəngilanda “Ağıllı Kənd”in tikintisi üçün ayrılan vəsait açıqlandı


2020-ci ilin ilk altı ayında dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin
yenidən qurulması və bərpası xərcləri üzrə 372,1 milyon manatının maliyyələşdirilməsi təmin
edilib.

Maliyyə Nazirliyi xəbər verir ki, bu vəsaitdən avtomobil yollarının layihələndirilməsi, tikintisinə, yenidən qurulmasına, həmçinin dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə və digər kommunikasiya xətlərinin yenidən qurulması, layihələndirilməsi yönəldilib.

Eyni zamanda Zəngilan rayonunun İkinci Ağalı kənd ərazisində “Ağıllı Kənd”in layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə 10,8 milyon manat vəsait yönəldilib.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr